Qaraçuxurda yaşayış binasının tavanı uçdu

Qaraçuxurda yaşayış binasının tavanı uçdu
 

Paralel.az xəbər verir ki, Bakıda Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayış binasının 5-ci mərtəbəsinin tavanından daş parçaları qoparaq tökülüb.

Əhməd Mehbalıyev 38 ünvanındakı yaşayış binasının sonuncu mərtəbəsində pilləkənlərin üstündəki tavandan iri və xırda daşlar qoparaq düşüb.

Sakinlərin sözlərinə görə, dam örtüyündə illərdir ki, problemlər var. Son zamanlar yağan yağışlar isə vəziyyəti daha da pisləşdirib. Damda olan tol örtüyü çoxdan yenilənməyib və sakinlər yağış suyunun qarşısını almaq üçün taxtalardan istifadə etməyə çalışıblar. Həmin hissələrdən nəmlik içəri daxil olub.

Sözügüdən bina 3 saylı Bakı şəhər xüsusi təyinatlı mənzil kommunal təsərrüfatının balansındadır. Qurumdan bildiriblər ki, həmin bina 1978-ci ildə tikilib, və qəzalı vəziyyətdə deyil. Kommunal təsərrüfatdan bildiriblər ki, sakinlərin damda quraşdırdıqları su çənlərindən müntəzəm olaraq su sızması nəticəsində binanın blokunda tavanın bir hissəsi dağılıb.
Akif Nəsirli

0.079102993011475