Dəyişim gücü
Uğur hekayəsi
İnsanın necə bir dəyişim gücünə malik olduğunu ilk dəfə bir neçə il əvvəl San-Fransiskoda mühazirə oxuyarkən anladım. Mən öz kolleqam və onun ailəsi birlikdə bütün ölkə boyu səyahət edirdim.
Uşaq üçün dayə tapmaq çətin idi və məcburən həyatımda gördüyüm ən bədxah və sərt qadını işə götürməli olduq. Dayə həmişə hamıdan narazı idi. O gələndə biz onunla ünsiyyətdə olmamaq üçün evdən getməyə çalışırdıq. Mən ona qarşı münasibətdə çox neqativ kökləndiyumi sezdim. Bu münasibətimi dəyişməyimi qərar verdim. Və anladım ki, o, qəlbinin dərinliklərində bizim hər gün gördüyümüzdən daha həssas və şən qadındır. Mən fikrimi onu işıq şüası kimi təsəvvür etməyə cəmləşdirdim.
Növbəti dəfə o gələndə mən evdən qaçmaq əvəzinə, onu bir kənara çəkib dedim: "Bilirsiniz, hər dəfə siz bu evə girəndə mənə elə gəlir ki, evə bir işıq şüası düşür". O, təəccüb dolu gözlərlə mənə baxdı. Mən davam etdim: "Biz sizə və əməyinizə çox dəyər veririk. Sizin kimi bir insanın bizdə işlədiyinə görə çox şadıq". O, dili tutulmuş kimi baxırdı. Həmin axşam evə qayıdandan sonra da mən onu tərifləməyə başladım.
Növbəti dəfə o bizə gələndə onu bu sözlərlə salamladım: "Baxın, işıq şüamız gəldi". Mən onun qəlbinin dərinliklərində xoşxasiyyət və gözəl insan olduğunu anlayaraq, doğurdan da, belə düşünürdüm.
O mənə gülümsədi. İlk dəfə idi, onu gülümsəyən gördüm. Hamı otaqdan çıxanda qadın mənə dedi: "Bilirsiniz, heç kim heç vaxt mənə sizin dediyiniz kimi xoş sözlər deməyib. Heç vaxt. Həyatımda bir dəfə də olsun deməyib". Mən şokda idim. Təsəvvür edə bilmirdim ki, heç kim ona heç vaxt xoş söz deməmiş olsun. Mən onun uşaqlığı, həyatı boyu nə qədər ağrı-acı yaşadığl haqda düşündüm. Onun necə ağır həyatı varmış. Mən fikrimi dəyişdiyimə görə məmnun idim. Ona qarşı əvvəlki münasibətimə görə utanırdım.
Mən onu pozitiv, dəstəkləyici enirji ilə qidalandırnağa davam etdim və nəticə heyratamiz oldu. O hər şeydən şikayətlənməyi dayandırdı daha həlim xasiyyətli oldu. Ən təəccüblüsü isə üzündəki qırışlar tədricən yoxa çıxdı. Qadın iyirmi yaş cavan görünməyə başladı. Bunu hamı görürdü. O, doğurdan da işıq şüasına çevrilmişdi. Bu hadisə insanlara qarşı mübasibətimi həmişəlik dəyişdi.
P.S. Deməli, insanın pozitivə doğru dəyişməyi mümkündü!
Con Keho