İraqdan Azərbaycana 38 azərbaycanlı uşaq gətirilib
Paralel.az_ın məlumatına görə, 2021-ci il oktyabrın 28-də İraqın həbsxanalarında və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 38 uşaq Azərbaycana qaytarılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Həmin şəxslərin Azərbaycana gətirilməsi Azərbaycan Respublikası hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində mümkün olmuşdur.
İndiyədək İraqdan 288 Azərbaycan Respublikası vətəndaşı, o cümlədən 286 uşaq və 2 qadın vətənə qaytarılıb.
Akif Nəsirli