Onlardan işləyən olmaz

Onlardan işləyən olmaz
 
Neft və milyonlar səltənətinin DİLƏNÇİLƏRİ
 
Paralel.az xəbər ki, qarşıdan qış mövsümünün gəlişinə baxmayaraq, Bakının kommunal xidmət sektorunda  qışa hazırlıqla bağlı hansısa işlərin görüldüyü müşahidə olunmur. Deyəsən, başları il boyu taladıqlarını, xalqa xidmət kimi prezidentə təqdim etmək üçün hesabat hazırlamağa qarışıb. Bu, artıq Azərbaycanda adət halını almış bir talançılıq formasıdır. Hər ilin sonunda prezidentin də iştirak etdiyi hesabat toplantısında çıxış edən kommunal xidmət sektorunun rəhbərləri, sonda özləri də təəccüb edirlər ki, «yəni bu işləri biz görmüşük?» Çünk il boyu işləri, ancaq büdcədən ayrılan vəsaitləri talamaq olan bu məmur çetesinin öz sahələrindəki nöqsanları aradan qaldırmaq kimi bir istəkləri heç zaman olmayıb. Buna görə də, illərlə yığılıb qalan ən sadə problemlər belə, həllini tapmır. Bu sahəyə cavabdeh qurumlar isə müxtəlif bəhanələrlə, təqsiri biri-birilərinin üstünə atmaqla işlərini bitmiş hesab edirlər.
Qarşıdan qış gəlir, şəhərin yol və küçə infrastrukturundaki problemlər, görünür heç zaman öz həllini tapmayacaq, çünki yolların kimə aid olduğunu heç kim bilmir. Bu belə!
Enerji sektorunun isə konkret sahibi var- «Azərişıq». Amma bu sektorda mövcud olan nöqsanlar «Azərişıq» rəhbərliyini əsla narahat etmir. Qışın soyuq aylarında işıqlar heç bir əsas olmadan sönür, yaxud da söndürülür. Bu səbəbdən insanların nə qədər əziyyət çəkdiyi isə heç kimə maraqlı deyil. Kommunal xidmət sektorunda çalışanların isə bu kimi hallarda hazır cavabları var:»Qəza baş verib, çalışırıq aradan qaldıraq»,Vəssalam, get hara isyəyirsən şikayət et! İşıq pulunu bir gün gecikdirən kimi isə kabeli dibindən kəsirlər, «dövlətin malından pulsuz istifadə etmək olmaz!».
30 ildir müstəqillik əldə etmişik, bütün dünya bizi «Neft və Milyonlar səltənəti»nin vətəndaşları kimi tanıyır, amma ölkənin kommunal sektorunun normal fəaliyyətini təmin edə bilmirik. Bunun səbəbi nədir görəsən?
Bu sahəyə rəhbərlik edənlər xalqın milyonlarını qamarlayıb, özlərinə topdağıtmaz imarətlər qura, ərəb şeyxləri kimi yaşam şəraiti qura bilirlər, amma 3-5 metr kabel, yaxud borunu dəyişmək üçün pul tapmır, onu da insanlardan yığmaq üçün DİLƏNİRLƏR!
Bax, buna deyirlər ey, «MİLYONLAR SƏLTƏNƏYİNİN DİLƏNÇİLƏRİ»
Dilənçilərin isə hansısa iş qabiliyyətini, yaxud da işlədiklərini heç kim görməyib, bacardıqları ancaq DİLƏNMƏKDİR!
Odur ki, hökumət bundan nəticə çıxarmalıdır.
 
Yusif Seyid
0.070276975631714