Təbrizdə 7 qat çempion siqaret satmaqla dolanır
Paralel.az xəbər verir ki, Təbrizdə 7 qat dünya çempionu olmuş azərbaycanlı idmançı indi siqaret satmaqla dolanır.
Şərqi Azərbaycan vilayətinin İdman və Gənclər Baş İdarəsinin rəisi Eyyub Behtac İran dövlətinin azərbaycanlı idmançılara qayğı göstərməməsindən gileylənib.
O, 7 qat dünya çempionu olmuş təbrizli eşitmə qüsurlu idmançının şəhərdə siqaret satmaqla məşğul olduğunu və Norveç kimi bir ölkənin bu sahədə illərdir bir medal belə qazana bilmədiyini deyib.
Eyyub Behtac habelə qeyd edib: "Təbrizdə İdman və Gənclər Baş İdarəsinin 12 idman salonu var ki, Təbriz əhalisinin standartlarına cavab vermir. Hətta, bələdiyyəmizə bağlı 27 başqa idman salonu da var ki, onlar da idmançılarımızın rahat idmanla məşğul olması üçün uyğun deyil".
Akif Nəsirli