Paytaxtın pavilyonsuz dayanacaqları

Paytaxtın pavilyonsuz dayanacaqları
 

Paralel.az xəbər verir ki, paytaxtdaki dayanacaqların pavilyonsuz olması sakinlərin şikayətinə səbəb olur.

Bakı şəhəri ərazisində 500-ə yaxın avtobus dayanacaqında pavilyon yoxdur. Bu da yağışlı və qarlı havalarda sərnişinlərə çətinlik yaradır.

“Yağış, qar olanda, islanmış cücələr kimi dayanacaqda duracağıq”- deyə vətəndaşlardan biri şikayət edir.

Məsələylə bağlı BNA-nin rəsmisi bildirir ki, həm təhlillər nəticəsində, həm də daxil olan vətəndaşlarımızın müraciətləri nəzərə alınaraq ümumilikdə 912 dayanacaq məntəqəsi təşkil edilib, onlardan 416-sında avtobus dayanacaq pavilyonu quraşdırılib: "Bəzi ərazilərdə pavilyonların olmamasına səbəb infrastrukturun buna imkan verməməsidir".

BNA sözçusü edib ki, bundan sonra da dayanacaqların təkmilləşdirilməsi işləri davam edəcək.
A. Nəsirli

0.061770915985107