Savab qazanmaq istəyirsənsə, hesabını ver!

Savab qazanmaq istəyirsənsə, hesabını ver!
 

Azərbaycanda savab əməldə bulunmaq da rüşvətlədir

 Ötən şənbə günü cənub bölgəsindən olan dostlarla bir araya gəlmişdik, hər kəs öz bildiyindən-eşitdiyindən danışdı, problemlərimizi bölüşüb-paylaşıb bir az yüngülləşdik. Onu da qeyd edim ki, cəmiyyətin ən müxtəlif təbəqələrindən dostlarım olduğu üçün həmişə Allaha şükr etmişəm. Haqqında söhbət açdığım görüşdə iştirak edən "dam ustası"nın danışdığı məsələlərdən biri diqqətimi çəkdi.

Usta nəql edir ki, bu hadisə 2015-ci ildə Xaçmazda vaqe olub. Günlərin birində onlara xəbər gəlir ki, yaxşı bir var, amma işi sürətlə keyfiyyətlə başa çatdırmaq lazımdır: "Bizə təklif edən, gündəlik çörəyini nimdaş avtomobili ilə qazanan sadə bir insan idi. O, bizi öz maşını ilə Xaçmaz rayonunun Nabran kəndindəki məscidin yanına apardı. Məscidin axundu ahıl bir kişi idi. Bizi gətirən şəxs tapşırıq verdi ki, bu məscid qısa bir zamanda əsaslı təmir edilməlidir. «Məscidin damı çökmüş, döşəmələri çürümüşdü. İçəridən gələn kif qoxusu divardakı su sızıntısı onu göstərirdi ki, yağış yağanda məscidin içinə su damır. Məscidin çöl divarlarından asılan kitabələrin arxasındakı divara vurulan suvaq əllə toxunan kimi ovulub tökülürdü.

Məscidlə tanışlığın sabahısı gün bütün alətlərimizlə məscidin həyətində əmrə müntəzir olduq. İşə damdan başladıq. İki günün içində köhnə dam söküldü, əvəzində dəmirdən, qırmızı rəngli müasir dam vuruldu. Adətən dam örtükləri rənglənmiş vəziyyətdə satılır, biz ona qane olmadıq, dam örtüyünün materiallarını rayon mərkəzində daha keyfiyyətli dəmir boyası ilə boyatdırdıq. Biz usta olsaq da, dinimiz-imanımız var, anlayırdıq ki, Allah evini təmir edirik, bunun özü böyük savabdır. Buna görə, həm bizə əmək haqqı verirdilər. Damla işimizi bitirdikdən sonra məsgidin divarındakı kitabələri səliqə ilə çıxardıb bir kənara qoyduq. Məscidin fasadını təmizləyərək, ona qalın hamar bir suvaq çəkdik. Artıq bir neçə gün idi ki, biz məsciddə işləyirdik. Özümüz axşamlar məscidə yaxın bir evdə gecələyirdik, Buranı bizim üçün kirayələmişdilər, mənzildə yaşamaq üçün hər cür şərait var idi. Kənd camaatı da bizə süd, qatıq, pendir s. kənd məhsulları gətirir, bizə alqış edirdilər ki, məscidimizi təmir edirsiniz. Allah rizası üçün biz pay gətirənlərə deyirdik ki, ay camaat, biz burda havayı işləmirik, buna görə bizə haqq ödəniləcək. Belə desək , camaat öz yardımından qalmırdı, hər günorta bir kənd sakini bizə yemək hazırlayıb gətirirdi. Səhər-axşam da camaatın gətirdiyi ağartı ilə qidalanıb, keçinirdik.

Bir gün səhər yuxudan durduq ki, məscidin həyətində qələbəlikdir - bələdiyyə, ərazi icra nümayəndəsi, sahə müvəkkili, rayon icra hakimiyyətindən gələn nümayəndələr s. - camaat qarışıq həyətdə əlliyə yaxın adam var. Bizə dedilər ki, siz kimsiniz ki, burda bizdən icazə almadan məscid təmir edirsiniz? Cavabında bizim ağsaqqal dedi ki, biz fəhlə-babayıq, bizə deyiblər gəlin burda məscidi təmir edin haqqınzı alın, biz gəlmişik. Dedilər ki, sizi bura gətirən adamı çağırın gəlsin. Bizim ağsaqqal zəng edib, həmin taksi sürücüsünü çağırdı. Həmin adam gəlib çatanda hamı gördü ki, doğrudan da bu taksi sürücüsüdür. Kəndin rayonun burdakı başbilənləri adını unutduğum həmin taksi sürücüsünü sorğu-suala tutdu ki, sən pulu hardan almısan ki, gəlib burda məscid təmir edirsən? O, da dedi ki, bu məscidi mən öz pülümla təmir etdirmirəm, buna görə heç mən təşəbbüs göstərməmişəm. Sadəcə olaraq, mənə etibarı olan bir şəxs pul verib ki, get, o məscidi mənim hesabıma təmir elətdir, amma mənim adım heç yerdə çəkilməsin. Həmin taksi sürücüsü etiraf etdi ki, heç o namaz da qılmıram, sadəcə o, adama ona etibarı var, ona görə, bu işdə məni vəkil seçib.

Uzun sürən çək-çevirdən sonra yerli rayon səlahiyyətlilər belə qərara gəldilər ki, divardan çıxardığınız kitabələri yerinə asıb, təmiri dayandırın. Belə etdik, gecə ikən həmin şəxsin vəsaiti hesabına məscidin həyətinə bir artezyan da vuruldu. Bununla da biz o məsciddə təmiri dayandırdıq.

Sonradan eşitdik ki, məscidin təmirini davam etdirməkdən ötrü icra hakimiyyəti 10 min manat rüşvət istəyib. Həmin taksi sürücüsü isə deyib ki, mən o, adama bunu desəm bəlkə , 10 min manat rüşvəti verər, təki məscid təmir edilsin. Amma, bunu deməyə mənim üzüm gəlmir, utanıram, ayıbdır. Ən yaxşısı, baş verənləri olduğu kimi ona çatdıracam pulunun qalanını da qəpiyinə qədər qaytaracam. Yəqin qismət deyilmiş..."

Bu olayı eşidəndə əl-ayağım yerdən üzüldü, siz danışırsınız, məscid təmir etdirmək axı özü bir savab işdi, buna görə adamdan rüşvət istəyərlərmi? Əvvəl inanmadım, sonra həmin talış dostum öz ortağına cəng edib telefonu verdi mənə. Sorğulama zamanı bəlli oldu ki, talış balası doğrudan da olmuş hadisədən danışır. Görün bizim məmurlarımız qədər harınlayıb ki, din-iman da bunlar üçün rüşvətdən sonra gəlir.

Bu yerdə bir məqamı da qeyd etmək yerinə düşər ki, bəzən rüşvət almağı, qanunlara hörmətsizlik etməyi millətlə bağlayırlar. Bilirsiniz ki, Xaçmaz rayonunda əsasən etnik qruplar yaşayır. Sözsüz ki, həmin məscidin təmirini rüşvət almaq məqsədi ilə dayandıran şəxslər , heç etnik baxımdan azərbaycan türkləri olmayıb. Usta dostum da təsdiqlədi ki, rayon mərkəzindən gələnlər ləzgi dilində danışırdılar. Deməli, rüşvətxorluq korrupsiyanın tüğyan etməsində əsas rol oynayan millət yox, rejim, bu rejimin qurduğu idarəçilik sistemidir. Bu rejim altında çalışan ləzgi yox, alman da olsa, dönüb korrupsioner rüşvətxor olacaq. Çünki mühit bunu tələb edir.

 Akif

0.023167133331299