44 günün Qələbəsi

44 günün Qələbəsi
 

Bizi Zəfərə aparan "Dəmir yumruq"

 Əvvəlcə onu qeyd edim ki, Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış etməsi, xalqımızın tolerantlığından, milli dini azlıqlara, eləcə ölkəmizdə məskunlaşan erməni toplumuna qarşı dözümlülükdən doğan bir namərdlik idi.

Bu gün, artıq bütün dünya bilir ki, ermənilərin heç vaxt konkret ərazi vahidi, dövlətləri olmayıb. Tarix elə gətirib ki, təxminən 200 il əvvəl İran Rusiya arasında bağlanan bir razılaşma əsasında ermənilər Azərbaycanın İrəvan qəzasında yaşamaq hüququ qazanıblar. Bir müddət sonra isə xalqımızın tolerantlığından onlara xoş münasibətindən yararlanaraq, qədim Azərbaycan torpağında Ermənistan dövlətini yaratmağa müvəffəq olurlar, heç şübhəsiz ki, Rusiyanın yardımı ilə.

 

Sovet-rus imperiyası dövründə isə Qarabağda məskunlaşan erməni toplumuna muxtariyyat statusu verilir. Bu, erməniləri o qədər şirnikləndirir ki, 1988-89-cu illərdə Qarabağ ərazisində yeni bir Ermənistan dovləti yaratmaq kimi sərsəm iddialarla çıxış etməyə başlayırlar. Bu iddialarını gerçəkləşdirməkdə israrlı olan erməni quldurları, az bir zamanda Ermənistan ərazisində yaşayan 500 mindən çox etnik azarbaycanlıları, öz doğma yurd-yuvalarından didərgin salırlar. Daha sonra Ermənistanda yerləşən rus ordusunun köməyi ilə Qarabağa hücum edərək çoxsaylı insan tələfatı ilə nəticələnən vəhşiliklər törədərək, 1 milyon insanı evsiz-eşiksiz qoyaraq öz vətənində qaçqın köçkün həyatı yaşamağa məhkum etdilər.

Bu proses Ümummilli lider Heydər ƏIiyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdışına qədər davam etdi. Ermənilər BMT-nin qətnamələrinə, digər beynəlxalq təşkilatların qərar, tövsiyyələrinə məhəl qoymadan, Qarabağda etnik təmizləmə aparmaq məqsədiylə dünyada misli görünməyən Xocalı soyqırımını törətməkdən belə çəkinmədilər.

Ermənilər 30 ilə yaxın törətdikləri təxribatları ilə Azərbaycan xalqını dövlətini bu vəziyyətlə barışmağa sövq etməyə çalışırdı.

Onların vaxtaşırı törətdikləri təxribatlar, artıq Azərbaycan dövlət rəhbərinin , xalqının da səbr kasasını daşırmaqda idi.

Prezident İlham Əliyev bütün çıxışlarında Ermənistanın, eləcə onu dəstəkləyən dövlətlərin beynəlxalq təşkilatların diqqətinə çatdırırdı ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır. Amma bir qarış torpaq belə, Ermənistana verilməyəcək. Etmənistan sülhə razı olmayacaqsa, biz torpaqlarımızı zorla da olsa azad edəcəyik.

Ermənistan tərəfi isə heç cür anlamaq istəmirdi ki, müasir Azərbaycan 90- illərin Azərbaycanı deyil.

Düz bir il əvvəl Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatı, Ermənistanı məğlubiyyətə, Azərbaycanı Zəfərə aparan günün başlanğıcı oldu.

Bu təxribat Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin   səbr kasasını daşırdı O, əks- hücum əmri verdi. Azərbaycan xalqı, onun Müzəffər ordusu Azərbaycan gəncliyi, Ali Baş Komandanın bu əmirini 30 ilə yaxın idi ki, gözləyirdi.

Ali Baş Komandan İlham Əliyevin bu əmrindən ruhlanan xalqımız, ordumuz gəncliyimiz qısa müddətdə toparlanaraq, düşmənə layiq olduğu yeri göstərə biləcək dəmir yumruğa çevrildi. Xalqın dövlətin vəhdəti burada bir daha özünü göstərdi. Böyükdən kiçiyə hər kəs Ali Baş Komandan İlham Əliyevin əmrinə müntəzir şəkildə hərbi çağırış məntəqələrinə axışdı. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azadlığı üçün əlindən gələni etməyə çalışırdı.

Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışlarındakı əzimkarlığı, Qələbəyə inamını hiss edən Müzəffər ordumuz az bir zamanda ermənilərin 30 ildə qurduqları müdafiə mövqelərini darmadağın edərək, sürətlə irəliləməyə başladılar. İnsanların 30 illik nisgilinə, həsrətinə son qoyulmağa başlandı. Ordumuz irəlilədikcə, Ali Baş Komandan İlham Əliyevin Qələbə müjdələrini eşitdikcə, xalqımızın məglubiyyət qırışları açılır, ölkəyə bayaram əhval-ruhiyəsi hakim olurdu. O günlərdə xalqımızın sevinci, hətta koronavirus pandemiyasına belə, qalib gəlmişdi.

İşğal altında olan rayon kəndlərimiz azad olunduqca, insanların da qələbəyə inamı artır, hər kəs cəbhəyə getməyə can atırdı.

Müharibənin çox sərt qanunları var, bütün bunlara baxmayaraq, Azərbaycan ordusunun hər bir əsgər zabiti düşmən olsalar belə, mülki əhaliyə qarşı çox böyük humanistlik nümayiş etdirdilər ki, bu, bir çox beynəlxalq təşkilatların da diqqətindən qaçmadı. Əsgərlərimiz silahını atıb təslim olan, düşmən əsgərinə mərhəmət göstərdi. Müharibə dövründə 10 mindən çox erməni əsgərinin fərarilik etməsi , onu deməyə əsas verir ki, təslim olan ermənilərin sayı heç az olmayıb.

İnsan özünə aid olan heç bir şeyi bu qədər qəddar vəhşicəsinə dağıtmaz, sökməz, xarabalığa çevirməz. Əksinə, onun müdafiəsi üçün Azərbaycan əsgər zabiti kimi canından qanından belə keçər. Ermənilərin Qarabağı viran qoymaları, əsgərlərinin bütün texnikanı silah-sursatı ataraq qaçmaları da, onun göstəricisidir ki, bu torpaqlar onların deyil olacağına da heç zaman inamları olmayıb.

Bizdə isə tam əksinə, Ali Baş Komandan İlham Əliyevin əzmkarlığı, müdrik siyasəti Qələbəyə tam inamı, ordumuzun xalqımızın da inamını qat-qat artırdı. Xalqımız 3 minə yaxın şəhid versə , bu inam heç zaman azalmadı. Əksinə, "Vətən sağ olsun", deyən ata, analara təsəlli olsun deyə, onların yerini boş qoymayan gəncliyimiz. Məhz buna görə , bütün müharibə dövründə əsgərlərimiz arasında fərarilik faktı qeydə alınmadı.

Azərbaycanın apardığı bu haqq savaşında qabarıq görünən bəzi məqamlar da var idi. Bu da erməniləri dəstəkləyən qüvvələrin, bizim hər qələbəmizdən sonra yaşadıqları pərişanlıq idi. Azərbaycan ordusu Qarabağda irəlilədikcə, onlar da ermənilərə dəstək üçün öz ölkələrində dezinformasiya yaymaqla məşğul idilər. Azərbaycanın qələbəsini Türkiyə, Pakistan kimi dövlətlər istəyirdisə, İran, Fransa bir sıra digər Avropa dövlətləri açıq danışmasalar da, Ermənistanın məğlubiyyətindən pərişanlıqlarını gizlədə bilmir, müxtəlif yollarla bizi müharibədən çəkindirməyə çalışırdılar. Bu kimi situasiyalarda da, prezident, Ali Baş Komandan İlham Əliyevin özünə xalqına inamı, qarşısına qoyduğu məqsədinə çatmaq əzmkarlığı bu zaman həyata keçirdiyi diplomatik siyasət hər kəsə öz yerini göstərdi.

Cəmi 44 gün davam edən Vətən Müharibəsinin üçtərəfli bəyanatla dayandırılması da, prezident İlham Əliyevin həyata keçirdiyi diplomatiyanın uğuru idi. Prezident bu addımı ilə hər iki tərəfdən insan ölümlərinin qarşısını almağa nail oldu. Lakin bu prosesin sonrakı gedişatı göstərdi ki, prezident İlham Əliyev bu dövrdə qədər müdrik uzaqgörən dövlət başçısı sülhsevər insan olduğunu nümayiş etdirdisə, Ermənistan tərəfi bir o qədər dar düşüncəyə malik olduqlarını ortaya qoydular. Proses bu gün eyni formada davam edir, yəni öz havadarlarının yağlı vədlərinə inanan ermənilər "bəlkə qaytardılar" xülyası ilə yaşayırlar.

Azərbaycan isə 30 il düşmən tapdağı altında inləyən torpaqlara yeni həyat verir. Qarabağda hamını heyrətə gətirəcək bir tempdə quruculuq işləri aparılır. Azərbaycanın cənnət diyarı sayılan Qarabağa öz keçmiş şöhrətini qaytarmaq üçün dövlət səviyyəsində çox böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyevin, eləcə Birinci vitse-prezident Mehriban xanımın tez-tez bu bölgələrə səfəri , onu deməyə əsas verir ki, düşmən tapdağından azad olunan yurd yerlərinin bərpası yenidən qurulması prezidentin vitse-prezidentin şəxsi nəzarəti altında həyata keçirilir.

Biz çox yaxın gələcəkdə, prezident İlham Əliyevin dediyi kimi, bu ilin sonuna, ən geci gələn ilin əvvəlinə bu yerlərdə məskunlaşmanın şahidi olacağıq.

Artıq 44 günlük Vətən Müharibəsinin Zəfər Qələbəsinin 1 yaşı tamam olur. Bu bir ildə Qarabağ torpaqlarında bəlkə 5 illik işlər görülüb görülməkdə davam edir.

Ən əsasıs odur ki, prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağı düşmən tapdağından azad etməklə, bu Qələbəni tariximizə qızıl hərflərlə həkk etdi. Prezident isə təvəzükarlıq edərək: Azərbaycanın Qələbəsini Vətənə bağlılıq, torpağa sevgi hissi təmin etdi", deyir.

Bəli, bu müharibəni qalibi Azərbaycan xalqıdır. Ali Baş Komandandan, hər bir əsgər zabitinə qədər, hər bir şəhidimizdən, qazimizə qədər hər kəsin bu qələbədə öz yeri var.

bu tarixi qələbəni öz qanları ilə yazan şəhidlərimizin xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.

Qələbən mübarək Azərbaycan xalqı!

 

Cəmaləddin Rüstəmov

Sumqayıt şəhər 4 saylı notariat ofisinin notariusu

0.15023398399353