Körpədə tonus nə ilə təhlükəlidir?

Körpədə tonus nə ilə təhlükəlidir?
 

Bəzən analar pediatr ya nevroloqlardan başa düşülməyən diaqnozlar eşidir.

"Uşaqda tonus var" diaqnozu - belə müəmmalı diaqnozlardan biridir.

"Tonus" deməkdir? İlk növbədə söhbət əzələ tonusundan gedir. Əzələ tonusu bütün insanlarda var - böyüklərdə , uşaqlarda da. Bu tonus insana ayaq üstə dayanmaq, hərəkət etmək üçün lazımdır. Əzələ tonusunun pozulması (normadan daha gərgin ya zəif olması) böyüklərdə bir çox xəstəliklərin əlaməti ola bilər.

Uşaqlarda vəziyyət bir qədər fərqlidir. Böyüməkdə olan körpə üçün ananın bətni gündən- günə daha dar olur. Burada yerləşmək üçün körpə ayaq qollarını bədəninə sıxmağa, başını qabağa əyməyə məcburdur. Buna "embrion pozası" deyilir. Doğuşa yaxın körpənin bütün əzələləri sıx gərgin vəziyyətdə olur. Bu fizioloji əzələ tonusudur. Bu hal yenidoğulmuşlarda norma sayılır.

Lakin bəzən yenidoğulmuşun əzələ tonusunda pozulmalar olur. Bu pozulmaların arasında: tonusun azalması (hipotonus), tonusun artması (hipertonus), əzələlərdə tonusun qeyri-bərabər olmasıdır (əzələ distoniyası). Belə pozulmalar bəzən ciddi xəstəliklərin əlaməti ola bilər. Bu xəstəliklər arasında: baş onurğa beyini xəstəlikləri travmaları, uşaq serebral iflic, miasteniya, bəzi genetik xəstəliklər var.

Uşaqlarda tonusun vəziyyətini pediatr nevroloq qiymətləndirir.

Sağlam yenidoğulmuş uşaq bel üstə uzandıqda ayaqlarını dizlərdən bükür qarnına sıxır, qollarını dirsəklərdə bükür, barmaqlarını yumruq şəklində sıxır, başını bir qədər arxaya əyir. Körpə ayaqları ilə fəal hərəkətlər edir. Sağlam uşaqda tonus mütləq simmetrik olmalıdır.

Vaxt keçdikcə körpədə hipertonusun əlamətləri tədricən azalır. Körpə ayaqlarını, qollarını sərbəst açmağa başlayır, barmaqlarını açır. Yenidoğulmuş üçün fizioloji sayılan yüksək tonus, böyümüş uşaqda artıq pozulma sayılır.

Belə hesab olunur ki, 1,5-2 yaşında uşağın əzələ tonusu böyüklərdə olduğu kimi olmalıdır.

Hipertonus zamanı yenidoğulmuş həddən artıq gərg olur. Belə uşaqlarda sinəbəbsiz ağlama, narahatçılıq, yuxunun pis olması kimi simptomlar olur. Belə uşaqlar, praktik olaraq, doğulduqdan dərhal sonra başını saxlaya bilir (normada körpələr başını 1 aydan  sonra saxlamağa cəhd edir).

Hipertonusun təhlükəsi ondan ibarətdir ki, belə uşaqlarda hərəki inkişaf ləngiyir, pozulur. Ümumi vəziyyətdə pozulmalar baş verir - uşaq əsəbi olur, pis yatır, tez-tez qusur s.

Hipotonus zamanı körpənin əzələləri əksinə daha yumşaq, "boş" olur. Yenidoğulmuşun qolları ayaqları bükülü deyil, açıq vəziyyətdə qalır, barmaqlar açıqdır, körpə "qurbağa pozasında" uzanır. Adətən belə uşaqlar çox sakit olur, nadir hallarda ağlayır, az hərəkət edir, ananın döşünü pis əmir, çəkini normal yığmır. Belə hallara vaxtdan tez doğulmuş uşaqlarda tez-tez rast gəlinir. Bu sinir sisteminin natamam yetişməsi ilə izah olunur. Lakin vaxtında doğulmuş uşaqlarda da hipotonus mümkündür.

Hipotonusun təhlükəsi ondan ibarətdir ki, belə uşaqlar daha gec başını saxlamağa başlayır, oturur, yeriyir s. Azhərəkətliliyin nəticəsində uşağın sümük əzələlərinin inkişafı ləngiyir, uşaq öz yaşından kiçik görünür. Daha böyük yaşlarda belə uşaqlarda müxtəlif onurğa sütunu pozulmalarının (skolioz, kifoz), digər skelet pozulmalarının inkişafı mümkündür.

Bəzən uşaqlarda bir qrup əzələlərdə tonus daha yüksək, digərlərində daha aşağı olur. Bu əzələ distoniyasıdır. Belə uşaqlarda hərəki inkişafının pozulması, bədənin asimmetriyası, yerişin pozulmaları mümkündür.

Tonus pozulmaları aşkar olunduqda uşaq daim pediart nevroloqun nəzarətində olmalı müəyyən fasilələrlə müayinə olunmalıdır. Buna "dinamik nəzarət" deyilir. Belə nəzarət həkimlərə uşaqda olan tonusu fərdi inkişaf ya pozulma kimi qiymətləndirməyə imkan verir.

Pozulmanın səbəbini təyin etmək üçün əlavə müayinə metodları istifadə oluna bilər - ensefaloqrafiya, neyrosonoqrafiya, MRT, qanın bətndaxili infeksiyalara görə (herpes, sitomeqalovirus s.) müayinəsi, bəzi hallarda uşağın xrosom toplusunun öyrənilməsi s.

Əgər uşaqda tonusun pozulmasının səbəbi ciddi xəstəlik olmazsa, bu pozulma çox uğurla müalicə olunur daha sonra uşağın inkişafına heç bir mənfi təsir etmir. Müalicə zamanı masaj, müalicəvi bədən tərbiyyəsi, fizioterapiya (elektroforez, maqnitoterapiya s.). s. istifadə olunur.

Masajı yalnız pəşəkar mütəxəssis etməlidir. Pozulmanın növündən asılı olaraq masaj zamanı müxtəlif hərəkətlər istifadə olunur.

0.015577077865601