Qanı ilə tarix yazan qəhrəman Şəmsəddin Təhməzov

Qanı ilə tarix yazan qəhrəman Şəmsəddin Təhməzov
 

Masallı rayonunun Güllütəpə kəndində dünyaya göz açan Şəmsəddin Sərvər oğlu Təhməzov İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalananda 19 yaşının astanasında idi. Bu qısa ömürdə Şəmsəddini belə bir şərəfə, şöhrətə aparan lap uşaq vaxtlarında onun qanına, canına hopmuş Vətən, yurd, millət sevgisi oldu. Özünü dərk edən gündən doğma Azərbaycan üçün yaşayır, məqamında Vətən torpağının azadlığına can verməklə millətin qəlbində əbədi bir sevilən ömrə dönür.

Şəmsəddin Təhməzov müstəqil həyata başlananda qəlbi canına yağı dadanmış Vətən torpaqların azad edilməsi istəyi ilə alışıb-yanır. 2019-cu ildə həqiqi hərbi xidmətə gedir. Tərtərdə adına can dediyi, müqəddəsliyinə tapındığı Azərbaycanın keşiyində ayıq-sayiq dayanır. Sözün əsas layiqli bir övlad olaraq müqəddəs əsgəri borcunu layiqincə yerinə yetirir. Xəyalında isə ən çox keçirtdiyi döyüş meydanında erməni cəlladların başını əzib, hər qarış torpağın qisasını almaq olur. düşmənə qalib gəlmək üçün özündə tükənməz qüvvə hiss edir. Bu onun Vətənə olan saf sevgisindən irəli gəlirdi.

İkinci Qarabağ müharibəsi başlanan günü Şəmsəddin Təhməzov erməni dığalarına qarşı döyüşə girir. Vətən məhəbbətli qəhrəman elə birinci döyüşdə düşmənə istədiyi matəm libasını geyindirə bilir. Sərrast atəşlə onun neçə-neçə texnikasını sıradan çıxardır, canlı qüvvəsini məhv edir. Tərtər vuruşunda düşmənə qarşı daha amansız olur. Burada sözün əsl mənasında tarix yazır. Mübarizə meydanında düşmənə od qoyur, öldürdüyü dığaların sayı bilinmir. Şəxsi şücaəti çiyin yoldaşlarını da qələbəyə doğru aparır. Fəqət, Şəmsəddin arzusunda olduğu bu qələbəni görə bilmədi. Oktyabrın 8- müqəddəs, şərəfli yolda- Vətən, torpaq uğrunda şəhid oldu. Qaldı ki, Vətənin dağ vüqarlı, dağ qürurlu igidləri əzəli yurdunuz olan Qarabağı düşmən tapdağından azad etməklə onun torpaq naminə axıtdığı qanı yerdə qoymurlar...

Bəli, igidlər ölməz, Vətən bölünməz. 19 yaşlı qəhrəman Şəmsəddin Təhməzov da cismən aramızdan gedib. Gələcəyə boyladığı rəşadət zirvəsindən həyatımıza Vətən sevgisi, əzəmət, yaşayıb-yaratmaq eşqi gəlir. Dövlət tərəfindən ölümündən sonra layiq görüldüyüVətən uğrundamedalı da yurduna, millətinə sədaqətə, ləyaqətə dönən bir sevgi rəmzidir...

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

0.1513090133667