Erməni politoloq Füzuli hava limanının tikintisinə məəttəl qalıb
Paralel.az xəbər verir ki, erməni politoloq Qarik Keryan Füzuli hava limanının açılışından bəhs edib: “Maraqlıdır, azərbaycanlılara bu qədər tez hava limanı tikmək üçün nə qədər “beyin forumları” lazım olub?
Azərbaycan saytları Ərdoğan və Əliyevin iştirak etdiyi, bir ildən az müddətdə tikilmiş müasir Füzuli hava limanının açılış mərasimindən yazıblar.
Məni isə illərlə davam edən Şimal-Cənub yolunun tikintisinin biabırçı nəticələri və bununla bağlı korrupsiya qalmaqallarını xatırlayanda çox ağır təəssüratlar bürüyür”.
Nigar