Şəhid anası intihara cəhd edib!-HARINLIQ

 

Şəhid anası intihara cəhd edib!-HARINLIQ 
 

Tapdıq Abbas yazır:

2020-ci ildə 44 günlük müharibədə övladını itirən Vüsalə Gülbala qızı Məmmədova dərman içərək intihara cəhd edib. O, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanadadır, vəziyyəti çox ağırdır. Ötən il 17 oktyabrda Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan 21 yaşlı Sahib Azər oğlu Həsənovun anası kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir!

Bir il ərzində Gəncənin icra başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib. O da başçının etinasızlığı və laqeydĺiyindən bezərək intihara cəhd edib. Gəncənin icra başçısı təyin olunan Niyazi Bayramov özü tez-tez birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu deyir. Amma şəhid anasını qəbul etməyə vaxt tapmır!

Vətən uğrunda canından keçən şəhidin anasına qarşı bu cür biganəlik qəti yolverilməzdir! Şəhid ailələrinə, müharibədən zərər çəkən ehtiyaclı vətəndaşlara dövlət büdcəsindən milyonlarla vəsait ayrılır, evlə, işlə təmin edilməsinə köməklik göstərilir.
Gəncənin icra başçısı Niyazi Bayramov isə, hətta bir ildir şəhid anasına görüş üçün vaxt ayırmır, bu qudurğanlıqdır!

Təəssüf ki, şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərmək barədə ölkə prezidentinin verdiyi tapşırığa icra başçıları əməl etmirlər!...

Buna görə də qazilər və şəhid ailələri arasında faciəvi intihar hallarının baş verməsi tez-tez müşahidə olunur...

Paralel.az

0.048616886138916