General Həsən xan Naxçıvan(Kəngərli)

General Həsən xan Naxçıvan(Kəngərli)
 
Rus çarı 2-ci Nikolaya sona qədər sadiq qalan iki generaldan biri
 
Dünya tarixində elə məqamlar olub ki, uzun illər, qərinələr gizli qalan bir çox məsələlər, sonradan aparılan tədqiqatlar nəticəsində ortaya çıxıb. Məsələn, bu gün bir çox tədqiqatçıların araşdırma mövzusu olan qədim türk tayfalarından biri, KƏNGƏRLİLƏR. Bu, artıq öz təsdiqini tapmış faktdır ki, Kəngərlilər coyadını daşıyan hər bir şəxsin bu, və ya başqa formada Naxçıvanla bağlılığı var. Kəngərlilərin harada, hansı soyadla yaşamasından asılı olmayaraq, kökü gedib Naxçıvana çıxır. Tarixin müxtəlif dövrlərində, müxtəlif səbəblər üzündən Kəngərlilər öz soyadlarını dəyişmək məcburiyyətində qalıblar. Tədqiqatçıların araşdırmalarından məlum olub ki, 1828-ci ildən bu tendensiya daha geniş miqyas alıb.
Mən bu gün sizlərə Kəngərlilərin tarixini danışmaq fikrində deyiləm, amma bir şeyi mütləq qeyd etməliyəm, çünki deyəcəklərimlə, sıx bağlılığı var. Kəngərlilər hər zaman öz mərdlikləri, igidlikləri, ən əsası da dostluğa sədaqətləri ilə seçiliblər.
Bugünlərdə redaksiyamıza müraciət edən Kəngərlinski soyadlı dostumuz, Rusiya sosial şəbəkələrindən əldə etdiyi bir məlumatı bizə təqdim etdi. Həmin məlumatda Rus çarı 2-ci Nikolayın öz taxt-tacından imtina etdiyi zaman, ona sadiq qalan iki generaldan söhbət gedir. Onlardan biri 60 yaşlı, alman əsilli rus generalı, qraf Pyotor Arturoviç Keler, digəri isə çar Nikolayla yaxın dostluq mühasibətlərində olan azərbaycanlı, müsəlman Hüseyin xan Haxçıvan (məlumatda belə də qeyd olunub, Naxçıvan) olub. Məlumatı bizə təqdim edən dostumuz deyir ki, Hüseyin xan Haxçıvanın əsl soyadı Kəngərlidir.
O dövürdə Rusiyada hərbi təhsil almaq istəyi ilə soyadını dəyişərək, Naxçivanski kimi yazmaq məcburiyyətində qalıb.
Ehtimallara görə, Hüseyin xan Haxçıvan 1919-cu ildə müvəqqəti hökumətə qulluq etməkdən imtina etdiyi üçün güllələnib.
Sonda o da qeyd olunub, tarixin gərdişinə bax ki, sonuncu rus monarxına sadiq olanların heç biri rus deyil, biri alman, digəri isə azərbaycanlıdır.
P.S. Mənə belə gəlir ki, müasir rus hökümdarları da, bundan nəticə çıxarmalıdırlar!
 
 
Yusif
0.028236150741577