Erməni mətbuatı: “Azərbaycan Hava Yolları “AZAL” Ermənistan ərazisindən uçuşlar üçün pul ödəyir”

Erməni mətbuatı: “Azərbaycan Hava Yolları “AZAL” Ermənistan ərazisindən uçuşlar üçün pul ödəyir”
 

Paralel.az xəbər verir ki, Ermənistanın Mülki Aviasiya Komitəsi yerli mətbuata açıqlamasında Ermənistanın hava məkanından uçan bütün aviaşirkətlərin, o cümlədən “AZAL”ın uçuşlar üçün aeronaviqasiya xidmətlərinin haqqını ödədiyini bəyan edib: “Aviaşirkətin hansı məbləği ödədiyinə gəlincə, bu, bir sıra əmsallardan asılıdır. Xüsusilə, təyyarənin çəkisi, Ermənistanın hava məkanında uçuş yolu və vaxtı, eləcə də hava marşrutları üzrə ödənişlərin məbləği hesablanır. Bu tariflər mənşə ölkəsindən asılı olmayaraq bütün aviaşirkətlər üçün eynidir”.

Erməni mediası xəbər verib ki, oktyabrın 6-dan “Azərbaycan Hava Yolları” Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Nigar

0.054996013641357