Ermənilər qorxularını gizlədə bilmirlər: “Noyabrın 9-da növbəti təslim sənədi imzalanacaq”...

Ermənilər qorxularını gizlədə bilmirlər: “Noyabrın 9-da növbəti təslim sənədi imzalanacaq”...
 

Paralel.az xəbər verir ki, “Ermənistan” parlament fraksiyasının rəhbəri Seyran Ohanyan gələcəkdə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının daha dərin blokadaya səbəb olacağını söyləyib: “Təəssüf ki, hakimiyyət müharibədən sonra da heç bir nəticə çıxarmadı. Ardıcıl məğlubiyyətlər davam etdi, Azərbaycan, türklər Ermənistanın sərhədlərində qaldılar, üstəlik, onlar sərhədlərimizi, ən mühüm strateji nöqtələri, yüksəklikləri, yolları, Ermənistanın sərhədyanı yaşayış məntəqələrinin həyat qabiliyyətini təmin edən infrastrukturları işğal etdilər. Bu gün bu mühüm strateji məqamlar həm də spekulyasiya və Ermənistana təzyiq üçün səbəbdir.

Əsas məqsəd Ermənistan və Artsax ətrafında halqanın daha da kiçilməsidir, gələcəkdə qondarma nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması daha dərin blokadaya gətirib çıxaracaq. Bu, iqtisadi təzyiqlə ifadə olunacaq, ən ağrılısı isə Sünikdə, Geqarkunikdə demoqrafik mənzərə dəyişdiriləcək.

Son bir ayda keçirilən tədbirlərdə əsas məqsəd “Türk Ermənistanına yox, Türk Artsaxına yox” şüarı altında milli müqavimətin formalaşdırılmasıdır.

Bu gün biz Ermənistanda və regionda vəziyyətlə bağlı müəyyən qeyri-müəyyənlik görürük. Artıq bu gün bəzi səlahiyyətlilər noyabrın 9-da növbəti təslim sənədinin yenidən imzalanacağı və qlobal kontekstdə bu sənədin “regionda sülhün möhkəmləndirilməsinə” aid olacağı tezisini ictimaiyyətə atıblar. “Sülh” düşmənin ərazi bütövlüyünün tanınması, Azərbaycanın ərazi bütövlüyünün tanınması isə öz müqəddəratını təyinetmənin, Artsaxın taleyinin üstündən xətt çəkmək deməkdir”.

Nigar

0.098345041275024