Gürcüstanda distant təhsilə keçən məktəblərin sayı açıqlandı

Gürcüstanda distant təhsilə keçən məktəblərin sayı açıqlandı
 

"Hazırda ölkə üzrə koronavirus aşkar olunan 219 məktəb və 493 sinif distant təhsilə keçib". Paralel.az 24News.ge istinadən xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, son bir həftə ərzində müəllimlərin 1,1%, tələbələrin isə 0,5%-ində koronavirusa yoluxduğu təsdiqlənib ki, bu da əvvəlki həftə ilə müqayisədə azalma deməkdir.
Nazirlik hazırda ümumi məktəblərin onlayn rejimə keçilməsi barədə hər hansı qərarın olmadığını bir daha qeyd edib.
Akif Nəsirli

0.018393039703369