Məğlub tərəfin işığa zülmət münasibəti...
Paralel.az xəbər verir ki, erməni mətbuatı Azərbaycanla bağlı ən xırda detaldan da qıcıqlanaraq, öz mənfur xislətinə uyğun çıxışlara davam edir. Bu dəfə mətbuat Şuşa ilə bağlı xəbərə hiddət nümayiş etdirib. Sitat: ”Azərbaycanda işğal olunmuş ərazilərdə erməni irsinin tamamilə məhv edilməsi prosesi fəal şəkildə davam edir. Ermənistanın qədim Şuşi şəhərinin yeni tarixinin yaradılmasına xüsusi diqqət yetirilir.
Azərbaycan mətbuatı xəbər verir ki, “Azərişıq” ASC-nin ilkin mərhələdə şəhərin elektrik enerjisi ilə təmin olunması istiqamətində gördüyü işləri əks etdirən “Şuşa: zülmətdən işığa” adlı yeni film təqdim olunur”.
Nigar