Bakıda maska rejiminə nəzarət gücləndirildi

Bakıda maska rejiminə nəzarət gücləndirildi
 

Paralel.az xəbər verir ki, son günlər koronavirus infeksiyasına yoluxanların sayının çoxalması ilə əlaqədar ictimai nəqliyyat və qapalı məkanlarda vətəndaşların maska rejiminə riayət edib-etməməsinə nəzarət gücləndirilib.
Prosesə mülki polislər də cəlb edilib. Odur ki, ictimai nəqliyyatda və digər qapalı məkanlarda mülki geyimli polis sizləri maska taxmadığınıza görə cərimələyə bilər. Ona görə də ictimai nəqliyyatda və qapalı məkanlarda həm xəstəlikdən qorunmaq, həm də polis cəriməsindən yayınmaq üçün maska taxmağı unutmayın.
Akif Nəsirli

0.054963111877441