Bakıda universitetlərdə pandemiya ilə bağlı vəziyyət necədir?

Bakıda universitetlərdə pandemiya ilə bağlı vəziyyət necədir?
 

Paralel.az xəbər verir ki, son zamanlar ali təhsil müəssisələrində koronavirusa yoluxma halları artmaqdadır.

Bakı Mühəndislik Universiteti (BMU) - 3 tələbə yoluxub. Onların oxuduqları qrup nəzarətə götürülüb. Tələbələr distant təhsilə keçib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) - 14 qrupda yoluxma halları qeydə alınıb. Onlardan 2-si 14 günlük karantin dövrünü bitirərək ənənəvi təhsilə geri dönüb.

Azərbaycan Dillər Universiteti (ADU) - 14 tələbə yoluxub, 3 qrup distant təhsilə keçib.

Bakı Dövlət Universiteti (BDU) - 7 qrup ənənəvi təhsili dayandırıb.

Azərbaycan Tibb Universiteti (ATU) - 3 qrupda COVİD-19 infeksiyasına yoluxma aşkarlanıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) - 3 tələbədə koronavirusa yoluxma faktı qeydə alınıb.

Azərbaycan Texniki Universiteti (AzTU) - 3 tələbə yoluxma səbəbindən özünütəcrid edib.

Dİgər Universitetlərdə COVİD-19 infeksiyasına yoluxma halları qeydə alınmayıb.
Akif Nəsirli

0.060536861419678