Erməni mətbuatı Türkiyə və Azərbaycana qarşı informasiya savaşı aparır

Erməni mətbuatı Türkiyə və Azərbaycana qarşı informasiya savaşı aparır
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı Türkiyə və Azərbaycan haqqında mənfurluqdan yoğrulan  məqalə ilə çıxış edib. Məqalədən bir hissə: “Türkiyənin indiki rəhbərliyində iqtisadi-siyasi problemlərin şahidi oluruq. Bu da mütləq bu ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq.Türkiyə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə apara bilmədiyi üçün bu həftə qlobal maliyyə nəzarət orqanı tərəfindən boz siyahıya salınacaq.

 Bu xəbər bölgədəki bütün vəziyyəti dəyişdirə bilər. Çünki bu ay ardıcıl olaraq rekord həddə çatan və lirənin 20 faiz zəifləməsinə səbəb olan məzənnənin kəskin enişi zamanı bu addım Türkiyənin xarici kapitalı öz iqtisadiyyatına cəlb etmək imkanlarını sarsıtmaq riski daşıyır.

BVF-nin may ayında nəşr etdiyi bir araşdırmaya görə, FATF boz siyahısının ölkəyə sərmayə axınına böyük, əhəmiyyətli mənfi təsiri var.

Valyuta böhranından sonra Türkiyənin valyuta ehtiyatları öhdəliklər çıxılmaqla mənfiyə düşüb.

Hər halda, Türkiyənin hazırkı rəhbərliyi ilə həm iqtisadi, həm də siyasi problemlərin şahidi oluruq. Hansı ki, bu, ölkədə mütləq hakimiyyət dəyişikliyinə səbəb olacaq. Rəy sorğuları göstərir ki, türklər artıq Ərdoğandan olduqca bezmişlər. Buna uyğun olaraq, Türkiyənin sosial-iqtisadi problemlərinin ağırlaşması, siyasi təcrid olunması hakimiyyət dəyişikliyi prosesini sürətləndirəcək. Bu isə təbii ki, regionda bütün qüvvələr balansını dəyişəcək. Çünki rəsmi Bakı bu gününü və gələcəyini sırf Ərdoğanla bağlayır. Türkiyə də fərqli bir prezident dövründə bölgəmizdə aktiv olmayacaq. O, Azərbaycanın cinayətlərində və macəralarında iştirak etməyəcək. Yeni Türkiyə hakimiyyəti problemlərinin həllinə diqqət yetirməli olacaq”.

Nigar

0.045064926147461