Təkrar peyvənd iflicə səbəb olur?
Paralel.az xəbər verir ki, rusiyalı alimlər gücləndirici peyvəndlərin əks-təsiri barədə xəbərdarlıq ediblər. Rusiya İmmunoloqlar Elmi Cəmiyyətinin prezidenti, akademik Valeri Çereşnevin sözlərinə görə, həddindən artıq təkrar peyvənd immunoloji iflicə səbəb ola bilər: “Bu səbəbdən, son peyvənddən altı aydan gec olmayaraq, yenidən peyvənd edilməsi məsləhət görülür. Tez-tez peyvənd olunmanın təhlükəsi nədir? Cavab - bununla immunoloji iflic inkişaf edir. Təkrar peyvənd edilməsi immuniteti tükədir və hiperimmunizasiya fonunda əks-effekt meydana çıxır”.
Nigar