Qondarma qurumun rəhbəri Müdafiə Ordusunu ləğv etmək istəyib?

Qondarma qurumun rəhbəri Müdafiə Ordusunu ləğv etmək istəyib?
 

Paralel.az xəbər verir ki, qondarma qurumun prezidenti Arayik Arutyunyan ordunu dağıtmaq niyyətində olduğunu bildirib. O bunu azərbaycanlıların tələb etdiyini söyləyib.

Bu barədə erməni mətbuatına köçkünlərin problemlərinin müzakirəsi zamanı Şuşadan olan Aşot Arutyunyan deyib. O deyib ki, qurum rəhbərinin bu açıqlaması onu çox qəzəbləndirib: “Azərbaycanlılar çox şey istəyirlər. Başınızı divara vurun. Siz ordumuzu xilas etməlisiniz. Nümayəndələrimiz DQR-in aralıq statusunun dərhal tanınmasını tələb edirlər. Bəli, çoxları bunu erkən hesab edir. Hətta Avropadan olan dostlarım da mənə zəng vuraraq bu məsələni qaldırmamağı xahiş edirlər. Buna baxmayaraq, bu məsələ bizim üçün çox vacibdir. Əgər Ermənistan hakimiyyəti Qarabağın müstəqilliyini vaxtında tanıtsaydı, Azərbaycanla müharibənin qarşısı alınardı”.

Nigar

0.031477928161621