COVİD-19-un yeni mutasiyaları ortaya çıxır

COVİD-19-un yeni mutasiyaları ortaya çıxır
 
«AY. 4.2» yoluxduruculuq xüsusiyyətlərinə görə, «delta»dan daha güclü və təhlükəlidir
 
Paralel.az xəbər verir ki, bu barədə mütəxəssislər pandemiya başlayandan məlumat vermişdilər ki, bu virus hər an mütasiya olunaraq müxtəlif  ştamlar yarada bilər. Bir müddət əvvəl isə İsraildə «delta» ştamından daha təhlükəli olan «AY. 4.2» ştamınin aşkarlandığı haqqında məlumatlar yayıldı. Bu gün isə həmin mütasiyanın Rusiya Federasiyasında da geniş yayıldığı barədə məlumatlar yayılmaqdadır. Rusiyalı mütəxəssislər hesab edirlər ki, «delta» ştamının mutasiyası olan«AY. 4.2» yoluxduruculuq xüsusiyyətlərinə görə, «delta»dan daha güclü və təhlükəlidir. 
Azərbaycanda son günlər yoluxma hallarında artım müşahidə olunsa da, peyvəndlənmə prosesinin mütəşəkkil keçirilməsi səbəbindən pandemik vəziyyəti nəzarətdə saxlamaq mümkün olub.
Yusif
0.016033172607422