Bakıda universitetlərdə COVİD-19 ilə bağlı vəziyyət
Son zamanlar ali təhsil müəssisələrində koronavirusa yoluxma halları artmaqdadır.
Bakı Mühəndislik Universiteti (BMU) - 3 tələbə yoluxub. Onların oxuduqları qrup nəzarətə götürülüb. Tələbələr distant təhsilə keçib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) - 14 qrupda yoluxma halları qeydə alınıb. Onlardan 2-si 14 günlük karantin dövrünü bitirərək ənənəvi təhsilə geri dönüb.
Azərbaycan Dillər Universiteti (ADU) - 14 tələbə yoluxub, 3 qrup distant təhsilə keçib.
Bakı Dövlət Universiteti (BDU) - 7 qrup ənənəvi təhsili dayandırıb.
Azərbaycan Tibb Universiteti (ATU) - 3 qrupda COVİD-19 infeksiyasına yoluxma aşkarlanıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) - 3 tələbədə koronavirusa yoluxma faktı qeydə alınıb.
Azərbaycan Texniki Universiteti (AzTU) - 3 tələbə yoluxma səbəbindən özünütəcrid edib.
Dİgər Universitetlərdə COVİD-19 infeksiyasına yoluxma halları qeydə alınmayıb.
Paralel.az