İran Qarabağa yük maşınlarının səfərini qadağan etdi
Paralel.az xəbər verir ki, İran yük maşınlarının Laçın dəhlizindən keçməklə Qarabağa getməsini qadağan edib.
Bu barədə İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatının baş direktoru Məhəmməd Cavad Hidayəti qərar imzalayıb.
“Qətiyyətlə tövsiyə olunur ki, iranlı sürücülər və İran vətəndaşları Azərbaycanın ərazi bütövlüyünə hörmət olaraq, xoşagəlməz hallarla üzləşməmək üçün Ermənistan ərazisindən Laçın dəhlizindən keçməklə Qarabağa səfər etməsinlər”, - deyə qərarda bildirilir.
Qərarda İranın özəl yükdaşıma şirkətlərinə də təkidlə tövsiyə olunur ki, yük maşınlarına Qarabağa səfər etmək üçün sənəd verilməsi qanuna ziddir.