"Parçala, hökm sür!"

 

Kateqoriyalara bölünən millət

 Rus çarı 1-ci Pyotr nəsli-nəcabətinə belə bir vəsiyyət qoyub ki, dünyaya gücünüzü göstərmək istəyirsinizsə, "parçala, hökm sür", acımasız ol ki, sizə qarşı gəlməsinlər. Pyotrdan sonra gələn bütün rus çarları da, məhz bu vəsiyyəti əsas götürərək, Rusiya ərazisində yaşayan azsaylı xalqlar bir yana, ona qonşu olan dövlətlərə qarşı da, eyni münasibəti sərgiləyiblər.

Bu gün Azərbaycan xalqının sonu görünməyən Qarabağ problemi , məhz bu siyasətdən qaynaqlanır. 44 günlük Vətən Müharibəsi müharibədə qazanılan möhtəşəm Qələbə bu siyasətin üzərindən qalın, qara bir xətt çəkdi.

Mənim siyasətlə işim yox, bunu da ancaq ona görə xatırlatdım ki, Azərbaycan məmurları sanki bu xalqın deyil, Pyotrun kötücələridirlər. Çünki bu məmur çetesinin başqa xalqlara, millətlərə gücləri çatmasa da, mənsub olduğu xalqı çapıb-talamaqda, zəlil gününə qoymaqda, tayı-bərabəri yoxdur. Ələlxüsus da, xalqı kateqoriyalara bölməkdə. Azərbaycan məmurları bu yolla həm hökmüranlıq edir, həm dövləti milləti talamaq üçün fürsət əldə etmiş olurlar. Bu parçalamaların isə müxtəlif forma üsulları var. Məsələn, bir ölkədə neçə cür pensiya olar? Əslində, dünyanın hər yerində əmək pensiyalarının hesablanmasının üç əsas meyarı var- pensiya yaşına çatması, stajı şəraiti (buraya əsasən hərbi qulluqçular, xüsusi xidmət, polis hüquq-mühafizə orqanlarında çalışınlar zərərli ağır şəraitində çalışanlar daxildir). Azərbaycanda isə dünyada qəbul olunan bu üç meyar əsas deyil. Burada pensiya alanın siyasi statusu, kimlərə yaxın olması s. əsas meyar hesab olunur. Yəni əməkçi insanın işi fəaliyyəti heç kim üçün maraqlı deyil.

Belə ki, Azərbaycanda 50 il kənd təsərrüfatında, yaxud hansısa istehsalat sahəsində çalışan əməkçi insanın "yuxarı instansiyada" sözü keçən bir adamı yoxdursa, ən yaxşı halda minimum pensiya alacaq. Yuxarıda "kimisə" varsa, həmin pensiyanın məbləği 2-3, hətta 4-5 dəfə arta bilər.

Bunu da qoyuram bir kənara.

Mənim , ölkə əhalisinin böyük əksəriyyəti kimi, yüksək mənsəb sahibi olan qohum tanışlarım olmadığından, vaxtımı özüm kimi aşağı kateqoriyadan olan insanlar arasında keçirirəm, onlarla ağrılarımı, acılarımı bölüşməyə çalışıram. Çünki bu məmləkətdə "toxun acdan xəbəri yoxdur". Bunu da dəfələrlə qeyd etmişəm ki, kasıb jurnalistin, digər kasıb insanlardan bir fərqi var, onlar öz ağrı-acılırını, düşüncələrini qələmə alaraq ictimailəşdirməklə, müəyyən qədər təsəlli tapa bilirlər. Sadə insanlar isə ondan da məhrumdurlar bu məmləkətdə.

Artıq 3-4 gündür ki, sadə insanlar arasında ən çox müzakirə olunan mövzu qiymətlərin sürətlə artması Tarif (Qiymət) Şurasının yeni qərarı ilə insanlara satılan qazın işığın qiymətinin artmasıdır.

Mən bir şeyi anlaya bilmirəm, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanındığı halda, bu ölkənin vətəndaşları qazdan işıqdan üçün normal istifadə edə bilmirlər, bunun səbəbi nədir? Amma, bu ölkədə heç kim bu suala cavab axtarmır, qiymətlər qalxsın, vəssəlam!

Burada bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Çünki qaz, işıq, su ilə təminat zamanı da insanlar kateqoriyalara bölünür.""ların yaşadıqları ərazilərdə qaz, su, işıq normal verildiyi halda, "qara"ların yaşadığı ərazilərdə bu təminat «0» dərəcəsindədir.

O ki qaldı, limit məsələsinə burada isə əsl xaosdur. Məsələn, Məhəmməd kişi bir otaqlı mənzilində tək yaşayır, ona 1200 kub artıqlaması ilə çatır heç bir narazılığı da yoxdur.

Əhməd kişinin isə ailəsində 10 nəfər yaşayır dövlət ona da, cəmi 1200 kub limit verir.

Burada hansı ədalətdən danışmaq olar ki, dövlətin verdiyi limit bu ailənin heç 3 aylıq təlabatını belə ödəmir, ailə qalan 9 ayı qaz üçün 2 qat pul ödəmək məcburiyyətində qalır.

Başqa bir mənzildə isə sayğac bir olsa da, 3 ailə yaşayır. Bu ailədə hər gün kommunal xərclərin ödənməsindən dolayı münaqişələr yaşanır. Hər kəs özünü haqlı sayır artan xərcləri ödəməkdən imtina edir. Belə çıxır ki, dövlət vətəndaş olaraq, yalnız abonenti tanıyır hər sayğac üçün 1200 kub limit ayırır. Yaxşı, bəs həmin ünvanda yaşayan digər insanlara dövlətdən pay düşmür? Yaxud, evdə yaşayan hər bir sakin öz adına sayğac almalıdır ki, limitdən yararlana bilsin?

Bu yolla ailələrdə münaqişə yaratmaqda, ailələri parçalamaqda dövlətin marağı nədir?

Yaxud da, insanları üçün bu vəziyyətə çatdırırlar ki, onlar da buna etiraz edirlər?

Kommunal xidmət sektorunda çalışan məmurlar onlara dəstək verənlər bu suala cavab verə bilərlərmi ki, üçün qaz, işıq, su adam başına deyil, sayğac hesabı limitləşdirilir? Bu qərarı qəbul edənlər görəsən, heç insanları fikirləşiblərmi? İnanmıram, çünki Azərbaycan məmurunun özü , elə bir kateqoriyadır ki, onlar adi insan yaşamının olduğunu çoxdan unudublar. Məhz bu səbəbdən , sadə vətəndaşların ağrı-acılarını, yaşam çətinliklərini hiss etmək iqtidarında deyillər.

Bu gün dövlət idarəçiliyi sistemində yüzlərlə iqtisadçı var. Həmin iqtisadçı alimlər, görəsən xalqın rifahının yüksəlişindən danışanda, heç qızarırlar? Qızarmırlar, qızaran, vicdanı sızlayan insana məmur vəzifəsi verməzlər bu məmləkətdə.

Əlqərəz, millət artıq qazı, işığı, suyu da insanlara pensiya, maaş, müavinat kimi, misqal-misqal verirlər ki, dinib-danışmağa belə, halı olmasın. Xalq rahat yaşayanda isə məmurların canına birə düşür.

Bizim qiymətqaldıranlarımız deyir ki, qazın, işığın qiymətinin artması, ölkəmizdə istehlak səbətinə cəmi 2,05 manat təsir edə bilər ki, bu da cüzi bir məbləğdir. Ancaq bu istehlak səbətini, deyəsən bizdə məmurların gəliri ilə ölçürlər.  Bildiyim qədəri, ölkəmizdə istehlak səbətinin dəyəri təxminən 250-300 manat civarındadır. Onda belə bir sual ortaya çıxır, 200 manat pensiya alan vətəndaş öz istehlak səbətini təmin etmək üçün çatışmayan 50-100 manatı haradan əldə etməlidir? Pandemiyanın insanların bütün mümkün ehtiyatlarını da əlindən aldığı bir zamanda qazın işığın qiymətinin artırılmasına ad vermək olar?

Bu gün Azərbaycanda yerli kartof, soğan xaricdən gələn kartof, soğandan bahadırsa, bunun məsuliyyəti kimin üzərinə düşür?

Hər dəfə qiymətlər artırılanda bu məsələ geniş müzakirə olunsa da, nəticədə heç dəyişmir. Necə deyərlər, "dəyirman öz işində çax-çax baş ağrıdır".

Bu səbəbdən ölkəmizdə sosial ədalətdən danışmaq, sanki xalq düşməni olmaq qədər təhlükəli işə çevrilib. Ancaq bu barədə demək, danışmaq yox, hayqırmaq zamanı çatıb artıq!

Ədalət olmayan yerdə qanun, qanun olmayan yerdə isə ədalət olmur. Bu gün Azərbaycanda demək olar ki, bunların heç biri yoxdur. Azərbaycanda qanun da, ədalət , hakimiyyət məmurdur. Biz isə bu məmurlar məmləkətində, sadəcə olaraq mövcudluğumuzu qorumağa məhkum edilənlərik. Allah bizə səbr verməsin!

 Yusif Seyid

0.029919147491455