Hamlet İsaxanlı Gürcüstanda Akademik adını alıb

Hamlet İsaxanlı Gürcüstanda Akademik adını alıb
 

Paralel.az xəbər verir ki, Azərbaycanlı alim, professor Hamlet İsaxanlı (İsayev) Gürcüstan Respublikası Elmlər Akademiyasının həqiqi (xarici) üzvü seçilib.

Gürcüstan Elmlər Akademiyası Hamlet İsaxanlı yaradıcılığını öyrənmiş, onun üç sahə - riyaziyyat, elm-mədəniyyət tarixi və dil-ədəbiyyat üzrə böyük uğurlara imza atdığını yəqin edib.

Hamlet İsaxanlı əsərlərini rus, ingilis, Azərbaycan dillərində və Türkiyə türkcəsində yazmış, onun məqalə və kitabları müxtəlif dillərə tərcümə olunmuş, müxtəlif ölkələrdə dərc olunub.

Məlumata görə, Gürcüstan Elmlər Akademiyası Hamlet İsaxanlının özü ilə məsləhətləşmə nəticəsində onu riyaziyyat üzrə akademiyanın həqiqi (xarici) üzvü seçib.

Akademiyanın prezidenti Qiorqi Kvesitadze Hamlet İsaxanlını Akademik adı alması, Musxelişvili, Vekua kimi şöhrətli Gürcüstan riyaziyyatçılarının təmsil olunduğu Gürcüstan Elmlər Akademiyasına seçilməsi münasibətilə təbrik edib.
Akif Nəsirli

0.019408941268921