COVİD-19 alzheymer və parkinsona səbəb ola bilər
Paralel.az xəbər verir ki, bir qrup elm adamı müəyyən virus və bakteriya infeksiyalarının parkinson və alzheymer kimi xəstəliklərin inkişafına səbəb olduğunu kəşf edib.
Məlumata görə, virusların və mikrobların beyin xəstəliklərinin inkişafına təsir edə biləcəyi mexanizmlər hələ də aydın deyil. Lakin yeni araşdırma bu cür infeksiyaları beyin xəstəliyilə əlaqələndirib. Tədqiqatçılar bununla da alzheymer xəstəliyinin müalicəsinə yanaşmanı dəyişməyi təklif ediblər. Bu işin mümkün nəticələri tədqiqatçılara mütərəqqi beyin xəstəliklərini müalicə etmək üçün yeni yollar tapmağa kömək edəcək.
Nigar