Yaponiyada yeni vaksin sınaqdan keçirilir
Paralel.az xəbər verir ki, Yaponya şirkəti olan "VLP Therapeutics Japan" yeni bir koronavirus peyvəndi üzərində klinik sınaqlara başladı.
NHK yazır ki, dərman RNT-yə (ribonukleyin turşusu) əsaslanır və indiki peyvəndlərdən daha aşağı dozalar tələb edir.
"Pfizer-BioNTech" və "Moderna" peyvəndləri kimi, eksperimental dərman "mRNA" texnologiyasına əsaslanır.
Şirkət klinik sınaqların ilk mərhələsinin Oita Universitet Xəstəxanasında başladığını söyləyib.
Bu Yaponiyada koronavirus peyvəndi üzərində işləyən beşinci şirkətdir.
"VLP Therapeutics Japan" yeni dərmanın 2022-ci ilin sonunda hazır olacağına ümid edir.
Akif Nasirli