Kasıb ölkələr COVID-19 üçün dərmanı ucuz ala biləcəklər

Kasıb ölkələr COVID-19 üçün dərmanı ucuz ala biləcəklər
 

Paralel.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoxsul ölkələri COVID-19 üçün testlər və dərmanlarla təmin etmək istəyir.
"Reuters"-ə görə, yüngül və orta dərəcədə koronavirus xəstəsi olan pasientlər hər kurs üçün 10 dollar dəyərində antiviral dərman ala biləcəklər.

Əvvəllər ÜST yoxsul ölkələrə lazımi miqdarda vaksin vermək istəyirdi, lakin təşkilat dünya ehtiyatlarının böyük bir hissəsini satın alan zəngin ölkələrə uduzdu.

Təşəbbüs, ÜST və COVID-19 ilə mübarizədə tərəfdaşlarının daxil olduğu ASTA təşkilatının sənədlərində qeyd olunur.

Proqram yoxsul ölkələrin COVID-19 üçün vaksinlərə, testlərə və müalicələrdən bərabər şəkildə faydalanması təmin etmək məqsədi daşıyır. ASTA-nın təklif etdiyi tədbirlər arasında yoxsul ölkələrdən olan xəstələrin antiviral dərmanları böyük endirimlə almalarını təmin etmək də var.
Agentliyə görə, söhbət Amerikanın "Merck" şirkəti və onun ortağı "Ridgeback Biotherapeutics" tərəfindən istehsal olunan molnupiravirdən gedir. Bu təcrübi həb mövcud olan ilk koronavirus dərmanı sayıla bilər. Mütəxəssislərə görə, molnupiravir xəstəxanaya yerləşdirilmə sayını 50% azaldır və ölüm nisbətini də əhəmiyyətli dərəcədə azaldır.

Dərmanlara əlavə olaraq, ASTA inkişaf etməkdə olan ölkələrə koronavirus testlərinin tədarükünü artırmaq niyyətindədir.
Akif Nəsirli

0.016113996505737