Asif Ağayev haradadır? - şəhid ailələri icra başçısını tapa bilmir
11:12:27
Beyləqanda əhali icra başçısını axtarır
Rayonda xalqa qarşı hörmətsizlik, şəhid ailələrinə, müharibə əlillərinə və qazilərin problemlərinə biganəlik Beyləqanda hər gün güclənir.
Bu fikirləri şəhid atası Beyləqan rayonu Təzəkənd kənd sakini Ələddin Bayramov müxbirimizə bildirib.
O, qeyd edib ki, icra başçısı Asif Ağayev ona edilən müraciətlərin heç birini həll etmir. Şəhid ailələrinin və qazilərin problemlərinə diqqət yetirmir. Rayon ikinci Qarabağ müharibəsində 138 şəhid verib. Birinci Qarabağ müharibəsində isə rayon 218 şəhid verib. 358 şəhid olan Beyləqan rayonu ölkənin ən çox şəhid verən rayonudur. Amma bu rayonda şəhidlərə diqqətsizlik həddini keçib.
İcra başçısının varlığı rayonda yalnız rüşvət yığılanda hiss olunur. Beyləqan İcra hakimiyyətinin fəaliyyətsizliyi rayon əhalisinin ciddi narazılığına səbəb olub.
Rayonda rüşvət və korrupsiyaya qarşı mübarizə getmir. Rüşvətxorluq adi hal alıb. Hüquq- mühafizə orqanlarına olunan müraciətlərə vaxtında baxılmır, insan haqları hər addımbaşı pozulur.
Şəhid atası deyir ki, icra başçısı səlahiyyətini şöbə müdiri İlqar Quliyevə tapşırıb. O da araqarşdırmaqdan, eybəcər işlərlə məşğul olmaqdan başqa, heç bir iş görmək qabiliyyətinə malik deyil.
Röyal