Universitetlərdə yoluxanların sayı artı

Universitetlərdə yoluxanların sayı artı
 

Paralel.az xəbər verir ki, Bakı Dövlət Universitetinin "SABAH qrupları"nda olan 2 qrupda koronavirus aşkarlandığı üçün həmin qruplar distant təhsilə keçiblər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "SABAH qrupları"nda magistratura təhsili alan 1 tələbədə yoluxma faktı aşkarlandığı üçün qrup distant təhsilə keçib. 

Azərbaycan Tibb Universitetinin 5 qrupunda koronavirus yayıldığı üçün həmin qruplar da təhsillərini distant olaraq davam etdirəcəklər.

Daha əvvəl, Azərbaycan Texniki Universitetində 3 tələbədə koronavirus aşkarlandığı üçün, onların təhsil aldığı qrup 14 gün müddətində distant təhsilə keçib.
Akif Nəsirli

0.014551877975464