Rusiyadan 10 tonluq humanitar yardım
Paralel.az xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün İrəvana humanitar yardım çatdırıb. Erməni mətbuatına görə, humanitar yardım xeyriyyə təşkilatları tərəfindən toplanıb və Çkalovski hava limanında hərbi təyyarəyə yüklənib: “Yük Stepanakertə çatdırılmalıdır. Humanitar yardıma Artsaxın sərhəd bölgələrindəki təhsil müəssisələri üçün nəzərdə tutulmuş avadanlıqlar daxildir. Onlar uşaq bağçalarına, məktəblərə, çoxuşaqlı ailələrə, ölənlərin və itkin düşənlərin ailələrinə, məcburi köçkünlərin ehtiyacı olan ailələrinə təhvil veriləcək”- deyə, Rusiya sülhməramlı qüvvələrinin sözçüsü Dmitri Tusidin söyləyib.
Nigar