Marketlər hədiyyə adı ilə «zəhər» satır

Marketlər hədiyyə adı ilə «zəhər» satır
 
Buna rəvac verən isə inhisarçılıqdır
 
Paralel.az xəbər verir ki, ölkəmizin ərzaq sektorunda vaxtı keçmiş məhsulların satışı geniş vüsət alıb. Son günlər apardığım müşahidələr onu deməyə əsas verir ki, ölkəmizin ərzaq sektorunda çox ciddi problemlər var. Ələlxüsus da vaxtı keçmiş məhsulların yenidən satışa qaytarılması böyük təhlükələrdən xəbər verir. Bu çox dərindən düşünülmüş və insanların sağlamlığı baxımından cinayət hesab olunmalı bir təxribatdır. Belə ki, vaxtı keçmiş məhsullar istehsalçı şirkətlərin əməkdaşları tərəfindən satış yerlərindən yığılır, şirkətə qaytarılır və orada həmin məhsulların məhv edilməsi barədə akt tərtib olunur. Əslində isə həmin məhsullar yeni qablaşmada «hədiyyə» kampaniyası adı ilə nisbətən ucuz qiymətə satışa qaytarılır. Bu zaman satış mərkəzləri heç bir məsuliyyət daşımır. O, sadəcə olaraq «hədiyyə» kampaniyasını təşkil edir. İstehsalçı şirkət isə özünün vaxtı keçmiş məhsulunu yeni məhsul adı ilə istehlakçılara sırıyır. Bu zaman insanların sağlamlığı təhlükə altına düşsə də, şirkətin itkisi çox az olur. Buna əsas səbəb isə ölkəmizdə bütün istehsalat sahələrinin məmurların inhisarında olmasıdır. Kimsə, son zamanlar hansısa vaxtı keçmiş məhsulların məhv edilməsinin şahidi olubmu, bu məmləkətdə?
Bu və digər sualların cavabı, «Paralel» qəzetinin bu həftə işıq üzü görəcək sayında, bizi izləyin! 
 
Yusif
0.03034496307373