Arazın çirklənməsi ilə bağlı xüsusi komissiya

Arazın çirklənməsi ilə bağlı xüsusi komissiya
 

Paralel.az xəbər verir ki, İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri verdiyi müsahibədə Araz çayının çirklənməsindən danışıb: “Ermənistana son səfərim zamanı ən vacib məsələlərdən biri bu ölkənin rəsmiləri ilə Araz çayının çirklənməsi ilə bağlı müzakirələr olub”.

O qeyd edib ki, görüşlər zamanı İran və Ermənistanda çayın çirklənməsini araşdıran xüsusi komissiya yaradılmasına qərar verilib: “Araz çayı məsələsi hər iki ölkə üçün əhəmiyyətlidir və istədiyimiz nəticə əldə olunana qədər bu problemi həll etmək əzmindəyik”.

Nigar

0.046457052230835