Ağdağ yüksəkliyi bizdədir?
Paralel.az xəbər verir ki, iki gün əvvəl "Ayastan" partiyasından deputat Anna Qriqoryan bəyan etmişdi ki, erməni tərəfi Qafanda yerləşən Pelasar (Ağdağ) strateji yüksəkliyini Azərbaycan tərəfinə təhvil verib.
Bu gün isə hərbi ekspert Ədalət Verdiyev bəyan edib ki, Qafanla sərhəddə yerləşən Ağdağ (ermənilər onu Pelasar adlandırırdı) strateji əhəmiyyətli yüksəkliyi Azərbaycanın nəzarətinə keçib.
Lakin bu xəbər hələ Azərbaycan Müdafiə Nazirliyi tərəfindən nə təsdiq, nə də təkzib edilib.
Akif Nəsirli