İcbari Tibbi Sığorta

İcbari Tibbi Sığorta
 
Harama alışqanlığın fəsadları
 
Paralel.az xəbər verir ki, Azərbaycan 20 ildir İcbari Tibbi Sığorta problemini həll edə bilmir. Çünki haramçılığa alışan həkimlər və alışdırılan vətəndaşlar bu yeniliyi, yəni halal yaşamağı öyrənmək istəmir. Burada alışqanların və alışdırılanların arasındakı fərqi də, açıq şəkildə ortadadır. Harama alışanlar hesab edir ki, İcbari Tibbi Sığorta onların bütün qazanclarını əlindən alacaq, məhz bu səbəbdən də, onlarda xəstələrə qarşı bir aqressiya müşahidə olunur. Alışdırılanlar isə bu münasibəti qəbul edə bilmir və düşünür ki, İcbari Tibbi Sığortadansa, həkimə 5-10 manat versəydim mənə münasibəti daha yaxşı olardı. Normalda, bu yanaşmaların ikisi də yanlışdır. Amma, burası Azərbaycan və burada insanların düşüncəsini qanunlar yox, həyatda rastlaşdıqları reallıqlar formalaşdırır. Məhz bu səbəbdən də, 20 ildir barəsində danışılan və xalqın sağlamlığının qorunmasına xidmət etməli olan İcbari Tibbi Sığorta həm həkimlərin, həm də vətəndaşların başağrısına çevrilib. Çünki Azərbaycan reallığında bu sistemim doğru-dürüst bir yolunu tapmaq çox çətin məsələdir. Bunun üçün bütün səhiyyə sistemi kökündən dəyişməlidir. Hansısa Agentliklər yaratmaqla, oturuşmuş sistemi dəyişmək mümkün deyil. Təsəvvür edin ki, Milli Məclisin səhiyyə komitəsinin sədri, deputat, tibb sahəsi üzrə akademik Ə.Əmiraslanov da İcbari Tibbi Sığorta sahəsində yaranmış tıxacdan çıxış yolunu tapmaqda acizdir. Bu məsələ barədə parlamentin son iclasında danışan deputat deyib ki, «biz dünyanın bütün ölkələrinin təcrübəsini öyrənmişik, amma problemlər var. Mən deyə bilmərəm, neçə ildən sonra peoblem həllini tapacaq. Bununla belə, inanıram ki, tezliklə problemlər aradan qaldırılacaq.» Siz deputatın cavabından bir şey anladınızmı? Açıq etiraf edim ki, mən anlamadım. Necə yəni «mən bilmərəm, problem neçə ildən sonra  həllini tapacaq, amma inanıram ki, problemlər tezliklə aradan qaldırılacaq», nə deməkdir? Əslində, O, bilirsiniz nə demək istəyir, dünya təcrübəsində Azərbaycanda mövcud olan anormallıqlar yoxdur, bu səbəbdən də həmin təcrübələrdən ölkəmizdə istifadə etmək mümkün deyil. Bax, belə!
Yusif Seyid
0.026180028915405