Taksi mafiyasının gücü

Taksi mafiyasının gücü
 
Küçədə qalan sərnişinlər və qonaqlar
 
Paralel.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan Binə Hava Limanından mərkəzə avtobusların işləməməsi üzündən insanlar saatlarla küçələrdə qalır. Bakı şəhəri, Yasamal rayonunda yaşayan R. Kəngərlincki redaksiyamıza zəng edərək, aeroportda qaldığını və buradan şəhərə taksidən başqa heç bir nəqliyyatın işləmədiyini bildirdi. Vətəndaş onu da qeyd etdi ki, aeroport əməkdaşları avtobusların işlədiyin bildirsələr də, taksi sürücüləri bunu istehza qarışıq ironiya kimi qəbul edirlər. Vətəndaş onu da xüsusi qeyd etdi ki, aeroportda avtobus dayanacağı və avtobusların hərəkət qrafiki də var. Bu qrafikdə avtobusların hər 50 dəqiqədən bir hərəkət etdiyi göstərilb. «Amma 2 saatdan artıq orada gözləsəm də, aeroport ərazisinə bir avtobusun belə, daxil olduğunu görmədim. Sonradan bu biabırçılıqdan xəbəri olan digər sərinşinlər mənə başa saldılar ki, şəhərə avtobusla getmək üçün magistral yola çıxıb, Bakıətrafı qəsəbələrə işləyən avtobuslara minmək lazımdır». Şikayətçi bildirdi ki, dünyanın bir şox yerlərində olsa da, belə bir biabırçılıqla heç zaman üzləşməyib.
Maraqlıdır ki, əgər aeroporta avtobuslar işləmirsə, avtobus dayanacağı və hərəkət qrafiki nəyə lazımdır? Yox, işləyirlərsə, aeroporta nə üçün daxil olmurlar? Bu özbaşınalığın məsuliyyətini kim daşıyır?
Azərbaycan hazırda beynəlxalq turizmi inkişaf etdirməyin yollarını axtarır.  Belə bir xidmətlə turizmi inkişaf etdirmək mümkün olacaqmı?
Mənə belə gəlir ki, bütün bu suallar «AZAL» cavab verməlidir. Çünki «AZAL»dan xəbərsiz həmim ərazidən quş da uça bilməz.
P.S. «Ay kişi, şəhərə getmək istəyirsən, bu da taksi, min, get dəə»
Yusif
0.027835845947266