Google müstəqillik günümüzü təbrik etdi

Google müstəqillik günümüzü təbrik etdi
 

Paralel.az xəbər verir ki, Google internet-axtarış sistemi bu gün Azərbaycan xalqının müstəqillik günü münasibəti ilə təbrik əlaməti olaraq öz loqasında Azərbaycan bayrağını yerləşdirib. Azərbaycan bayrağının altında isə "Azərbaycanın Müstəqillik Günü" ifadəsi qeyd edilib.
Qeyd edək ki, 18 oktyabrın bayram günü olaraq adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü kimi adlandırılıb. Lakin hələ bu dəyişiklik parlament tərəfindən ratifikasiya edilməyib. Ona görə də Google rəsmi məlumatlara istinadən bu günkü bayramı köhnə adı ilə təbrik edib.
Akif Nəsirli

0.042999982833862