Deputatın Millət Vəkili olması üçün nə etmək lazımdır?

Deputatın Millət Vəkili olması üçün nə etmək lazımdır?
 
Deputatlar ancaq bir müddətə «təyinat» alsınlar 
 
Paralel.az xəbər verir ki, Azərbaycanda deputatların əksəriyyəti seçicilərin yox, onları deputat «təyin edənlər»in maraqlarını müdafiə edirlər. Səbəb aydındır. Parlamentin son iclasında bu özünü daha qabarıq şəkildə göstərdi. Bəzi deputatların ölkədəki real vəziyyəti dilə gətirmələri, təyinatlı deputatların etirazına səbəb oldu. Belə ki, «Əhalinin sağlamlığının qorunması haqqında» qanuna edilən dəyişikliklərin müzakirəsi zamani deputat Məlahət İbrahimqızı deputat həmkarlarının səhiyyə işçilərinə qarşı çıxışlarına etiraz etdi. Xanım deputat həkimləri müdafiə etməsini onların ölkədə ən aşağı əmək haqqı alan kateqoriyaya aid olmaları ilə əsaslandırmağa çalışdı. Bununla da özünü ölkə səhiyyəsindən xabərsiz birisi kimi təqdim etdi. Mən xanım deputatın bu mövqeyini əsla paylaşmıram. Çünki bu, əslində o deməkdir ki, ölkəmizdə nazir də, icra başçıları da, hüquq-mühafizə orqanları əməkdaşları da, həkim də, müəllim də ona görə rüşvət alır ki, dövlətin ödədiyi maaş onun dolanışığına çatmır. Bəs, onda minimum pensiya, əmək haqqi alan insanlar onlara rüşvət vermək üçün hardan pul tapsınlar? Rüşvətxor heç fikirləşirmi ki, ruşvət almaq imkanı olmayan hardan pul tapıb onlara verməlidir? Azərbaycanda həkimlərin necə pul qazandıqlarını deputat zanım bizdən daha yaxşı bilir. Bilmirsə, bir faktı diqqətinə çatdırım. Bir həkim gün ərzində minimum 20 xəstə qəbul edir. Hər qəbula görə də, 30 manat(dövlət tibb müəssisəsində) , elə yerlər də var ki, həkim bir qəbul üçün 40-50 manat, elmi dərəcəsindən asılı olaraq 60-80-100 manat tələb edənlər də var. Mən ən aşağı rəqəmi götürürəm, 30 manat, 20 xəstə, eləyir 600 manat, bu həkimin bir günlük qazancıdır. Hörmətli Məlahət xanım bunu cüzi əmək haqqı və ən aşağı kateqoriya sayırsa, mənim daha sözüm yox.
Yusif Seyid
 
0.050535917282104