Sən saydığını say, qiymətlər də öz saydığını

Sən saydığını say, qiymətlər də öz saydığını
 
İşığın və qazın qiyməti artdı?!
 
Paralel.az xəbər verir ki, bu gün ölkəmizdə elə bir vəziyyət yaranıb, sanki heç kimi insanların sosial durumu narahat etmir. Belə olmasaydı, onsuzda insanların daim narazılıq etdiyi kommunal sektorda, nəhayət ki, qiymətlərin tənzimlənməsi istiqamətində müəyyən işlər görülərdi. Yoxsa, illərdir heç bir iş görülmür, qiymətlərin isə hər il artdığını müşahidə edirik. Bu gün daha bir şok yaşandı. Prezident Nazirlər Kabinetinə gələn il əmək haqqlarının, pensiya və təqaüdlərin artırılması ilə bağlı tədbirlərin görülməsi üçün tapşırıq verməsi xəbəri ictimaiyyətə çatmamışdı ki, insanları şok edən bir xəbər ortaya çıxdı- içığın və qazın qiyməti qalxıb. Görünür, hansısa qüvvələr ölkədə sosial gərginlik yaratmaq üçün əlindən gələni etməyə çalışır.
Artımı kim, necə hesablayıb, demək çətindir. Amma rəsmi açıqlamaya görə, Azərbaycanda işıq pulunun 4 nəfərlik ailənin istehlak səbətinə təsirinin 2,05 manat olması iddiası da, absurddur. Əslində isə 4 nəfərlik ailə işıq üçün ayda ən azından 12-15 manat pul ödəmək zorundadır. Nəzərə alsaq ki, Bakıda və ətraf qəsəbələrdə əhalinin yalnız 25-30 faizi mərkəzləşdirilmiş istilik sistemindən istifadə edə bilir, onda bu rəqəmin hətta 10 dəfə artması da, realdır. Bu da, onu deməyə əsas verir ki, payız, qış və yaz aylarında bu ərazilərdə yaşayan imkansız insanlar gəlirlərinin 50 faizinə qədərini ancaq mənzillərini qızdırmaq üçün sərf edirlər.
Bir məsələni də qeyd edim ki, ölkəmizdə heç də ailələrin hamısı 4 nəfərdən ibarət deyil.  Elə ailələr var ki, bir kommunal xətdən istifadə edir, evdə isə 3 ailə yaşayır və hər bir ailədə də 3-4 nəfər var. Bu halda necə olsun? Bir mənzildə hər bir ailə üzvü öz adına sayğac quraşdıra bilməz ki. Bir nəfər üçün 300k/vatt bəlkə də yetərlidir, hətta artıqdır. Amma bir ailədə, bir mənzildə 5-8-10 nəfər yaşayırsa, onların vəziyyəti necə olacaq?
 
P.S. Belarus prezidenti Lukaşenko ona qiymətəri qaldırmağı təklif edən nazirə belə bir cavab vermişdi: «Senı mojet podnyat kajdıy durak». Yəni qiymətləri hər axmaq qaldıra bilər. Yaranmış vəziyyətdən çıxmağın yolunu tapmağı bacarmaq lazımdır.
Y.Seyid
0.024335145950317