İnstitutda “oblava” olub
İdris Abbasov
Təxminən 10 gün əvvəl institutda “oblava” olub. Akademik Ramiz Mehdiyevin adamları şöbəyə girib deyiblər ki, müdirinizə deyin, işdə olsun. Mən də 3 gün işdə oldum (işdə olmaq iş görmək anlamına gəlmir), əvəzində 3 gündür boğazağrısı ara vermir. İşdə antisanitariya hökm sürür, dəhliz və otaqlar zülmətə dönür, lampa almağa belə, pul qoymayıblar qalsın, nə qədər yazırsan, deyirsən, veclərinə deyil, baxan yoxdur. Hətta işçilərdən koronavirusa da yoluxdular.
Baş akademiki isə iş görmək yox, davamiyyət maraqlandırır. Çünki ajademiya sistemində davamiyyətin dövlətə heç bir faydası yoxdur. Dövlətə xeyri olan şey iş görməkdir. İş görənə o da, dostu İsa Həbibbəyli və onlarln dairəsində olanlar nifrət edirlər. Elə olmasaydı, mənim fundamental işimi qiymətləndirərdilər. Onlar elmi saxtakarlığa pul xərcləyir, bir də insanların heysiyyəti ilə oynamaqdan zövq alırlar. Akademik əxlaq o qədər aşağı düşüb ki, indiyədək heç bir akademik mənim haqq səsimə səs verməyib, kar, kor və lal olublar. Başlarını salıb aşağı yehayedədirlər. Allah qarnınızdan başqa, gözünüzü də doyuzdursun! Hələ o dəfə ayına 9 min maaş alan, övladına vəzifə verfitdirib biznes şəbəkəsi qurmuş bir akademik mənə deyir ki, sən ölkə Prezidentinə müraciət yaz, səsin eşidilər, Ramiz müəllimdən bir şey umma, o, problem həll edən deyil, gün çörəyinə möhtacdır, çörək qazanmaqla məşğuldur.
Paralel.az