Arxalı "plagiatorlar"

Arxalı
 

İdris Abbasov 


Varlı-karlı, arxalı plagiatorlar şəbəkısini qoyub mücərrəd bir kimsənin elmi dərəcəsini ləğv edib, gözə kül üfürməklə yalnız Allahın qəzəbinə tuş gəlmək olar!

AAK sədrinin dediyinə görə, Azərbaycanda mücərrəd bir alimin dissertasiyası plagiat çıxıb və elmi dərəcəsi ləğv olunub...
Mən o mücərrəd alimin dərəcəsinin ləğv olunmasını təqdir etmirəm.
Belə etməyə qalsa, gərək 70-80 faiz elmi dərəcələrimiz ləğv oluna! Pis ənənəni, plagiat dissertasiyaların dəmir şəbəkəsini ləğv etmək, kökünə nüfuz etmək əvəzinə, hansısa məchul bir “yetim”in diplomunun əlindən alınması probleminin həlli istiqamətində xidmət və uğur sayıla bilməz... Xüsusən də, adının gizli saxlanması şəraitində.
Canla-başla iş görüb Vətənə, xalqa, dövlətə səmimi xidmət başqa şeydir, kimsəsizi əzərək baş girələyib vəzifənin "dadını çıxarmaq" bambaşqa şey!
Qaytarın - o yetyim kimdirsə- onun diplomunu özünə, cənab AAK sədri! Girişin, ölkə elmini viran qoymuş şəbəkəyə, girişə biləcəksinizsə!

Paralel.az

0.021043062210083