Azərbaycan boyda Generalın formalaşmasında sözü olan həmin müəllimi tapın!

 Azərbaycan boyda Generalın formalaşmasında sözü olan həmin müəllimi tapın!
 

Sabir Məmmədli yazır: "Azərbaycan boyda Generalın formalaşmasında sözü olan həmin müəllimi tapın!

Azərbaycan xalqının başını uca edən bizim şəhid Generalımız Polad Həşimov haqqında haqlı olaraq hələ çox yazacaqlar. Mən bir faktı xüsusi vurğulamaq istərdim, qoy hamıya örnək olsun!
Generalımızın anası Səmayə xanım xatırlayır ki, Polad orta məktəbdə oxuyarkən hüquq fakültəsinə hazırlaşırdı və marağını, istəyini bu istiqamətə yönəltmişdir. Axırıncı sinifdə oxuyanda, tədris ilinin ortasında, bir gün Polad dərsdən gəlir, çantasını divanın üstünə atır və anasına deyir ki, daha o, hüquqşünas olmaq istəmir, hərbçi olacaq. Səmayə xanım təəcüblənəndə, Polad deyir:
-Bu gün bizim tarix müəllimimiz Elşən müəllim dedi ki, “indi hamı hüquqşünas olmaq istəyir, oğul ona deyərəm ki, hərbçi olsun”, mən o sözü götürməyəcəm, hərbçi olacam!
Səmayə xanım bir ana kimi öz fikirlərini ona izah etməyə çalışsa da, təsiri olmur, Polad öz fikrindən, məqsədindən dönmür və hərbçi olur.
Müəllimin bir sözü münbit şəraitə düşdü, gəncin düşüncəsini kökündən dəyişdi və nəticədə Azərbaycan boyda General yetişdi!"

Paralel.az

0.017393827438354