Ermənistan qətliam, etnik təmizləmə, işğəncə, irqi ayrı-seçkilik kimi qarayaxmalara davam edir

Ermənistan qətliam, etnik təmizləmə, işğəncə, irqi ayrı-seçkilik kimi qarayaxmalara davam edir
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı BMT Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı tədbirlərin görülməsi ilə bağlı vəsatətindən xəbər verib.

Xəbərə görə, Beynəlxalq Ədliyyə Məhkəməsi Beynəlxalq Konvensiyanın (Ermənistana, Azərbaycana qarşı) tətbiqi halında müvəqqəti tədbirlərlə bağlı ictimai dinləmələr keçirir: “Sentyabrın 16-da Ermənistan BMT-nin Beynəlxalq Məhkəməsində Azərbaycana qarşı bütün irqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozulması ilə əlaqədar iş açıb. İş üzrə “onilliklər ərzində Azərbaycan erməniləri irqi ayrı-seçkiliyə məruz qoyduğu” və “dövlətin dəstəklədiyi nifrət siyasəti nəticəsində ermənilərin sistemli ayrı-seçkiliyə, qətliamlara, işgəncələrə və digər sui-istifadələrə məruz qaldığı” iddia edilir.

Azərbaycan da oxşar iddia ilə Ermənistana qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə ittihamı irəli sürüb”.

Nigar

0.037467956542969