Enerji içkilərinin 85%-i saxta imiş

Enerji içkilərinin 85%-i saxta imiş
 

Paralel.az xəbər verir ki,bu barədə bu gün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli danışıb: "Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib".

Sədir əlavə edib ki, 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində 5 nümunənin enerji içkisi olduğu təsbit edilib: "Onlardan yalnız 1-nin etiketlənməsinin qaydalara uyğun olduğu, digər 4-nün isə uyğun olmadığı müəyyən edilib. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin enerji içkisi olmadığı müəyyənləşib".
Akif Nəsirli

0.027069091796875