“Qardaşımın sənədləri qaydasında idi"
Paralel.az xəbər verir ki, 5 nəfərin ölümünə səbəb olan yol qəzasında günahkar hesab edilən və hüquq-mühafizə orqanları tərəfindən saxlanılan sürücü Mahmud Babagözəl oğlu Əzizovun qardaşı danışdı:
“Qardaşımın sənədləri qaydasında idi. BC kateqoriyası üzrə sürücülük vəsiqəsi var. Qardaşım 2-ci kurs tələbəsidir. Evdə olan günlər işləyirdi, yol xərcliyini çıxarırdı.
Qardaşım yuxulu olmayıb. Avtobus 120 km/saatlıq sol zolaqdan qəfildən qardaşımın yoluna çıxıb. Qardaşım orta zolaqla hərəkətdə olub. O da sola çəkmək istəyəndə avtobusu arxadan vurub. Avtobus sürücüsü sol zolaqdan bunun qarşısına keçib. Günahın 70-80%-i avtobus sürcüsündədir. Qardaşım hadisə zamanı yolda normal sürətlə hərəkət edirmiş”.
Akif Nəsirli