Qaz şəbəkəsindən su çıxıb

Qaz şəbəkəsindən su çıxıb
 

Sabunçu və Suraxanı rayonlarında sakinlər səhvən qaz şəbəkəsinə su xəttini qoşublar. Bu haqda bu gün, 13 oktyabr tarixində "Azəriqaz" İB-nın mətbuat xidməti məlumat yayıb.

Havanın soyuması ilə əlaqədar vətəndaşlar istilik cihazlarını quraşdırarkən səhlənkarlıq ediblər. Nəticədə çoxmənzilli binaların qaz şəbəkələrinə su dolub, qazın verilməsində problemlər yaranıb.

Qurum bildirir ki, bu cür hallar avadanlıqların işlək dövrünü azaldır. Eləcə də, belə hallar abonentlərin uzun müddət qazsız qalması ilə də nəticələnir.
Akif Nəsirli

0.88322305679321