COVİD-19 xəstəliyindən sonra antikorlar 15 aya qədər sabit qalır

COVİD-19 xəstəliyindən sonra antikorlar 15 aya qədər sabit qalır
 

Paralel.az xəbər verir ki, İsveç və İtaliyada aparılan bir araşdırma COVID-19 xəstələrinin əksəriyyətində antikorların xəstəlikdən sonra ilk altı ayda yavaş-yavaş azaldığını və sonra 15 aya qədər sabit qaldığını göstərib.

Tədqiqatçılar xəstəliyin xarakterik simptomlarla müşayiət olunduğu və yüngüldən ağıra qədər müxtəlif formalarda davam etdiyi xəstələrdən qan testi alıblar. Onlar əsas SARS-CoV-2 peyvəndinə əlavə olaraq, infeksiyadan sonra 15 aya qədər antikorların “beta”, “qamma” və “delta” variantlarına qarşı effektivliyini sınayıb və antikorların neytrallaşdırıcı aktivliyinin az da olsa qorunub saxlanıldığını təsdiq ediblər.

Nigar

0.15612292289734