Ermənistan müharibə ilə bağlı araşdırma komissiyasını yaratmaqda ortaq məxrəc tapa bilmir

Ermənistan müharibə ilə bağlı araşdırma komissiyasını yaratmaqda ortaq məxrəc tapa bilmir
 

Paralel.az xəbər verir ki, erməni mətbu orqanı olan “Hraparak” qəzeti 44 günlük müharibə ilə bağlı parlament araşdırma komissiyasının yaradılmasının gecikdiyini yazıb: “Aprel döyüşlərinin şərtlərini araşdıran komissiyadan fərqli olaraq, müxalifət ona qarşı üsyan qaldıracağından, Andranik Köçəryan bu dəfə komissiyaya rəhbərlik edə bilməz. Burda maraqların toqquşması var. Və səlahiyyətlilərin nümayəndəsi obyektiv araşdırmanın qarantı ola bilməz. Bu da komissiya sədrinin müavininin seçilməsində hakimiyyətin inadkarlığını izah edir.

“Milli Məclisin İş Qaydaları”na əsasən, müdafiə və təhlükəsizlik məsələləri komissiyası əsasında araşdırma komissiyası yaradılacaq və sədr müavini bu komissiyanın sədri olacaq.

Hakimiyyət ekspert kimi, komissiyadan kənar parlament nümayəndələrini cəlb etmək istəyir. Lakin müxalifətçilər bunu qanunsuz hesab edirlər. Dəvət olunan şəxslər ekspert kimi işləyə bilməzlər, onlar yalnız sorğu-sual üçün çağrılacaqlar”.

Nigar

0.023996829986572